Britaniya Avropa ilə aviarabitəsiz qala bilər – “Brexit”in İLK FƏSADI
Bizi izləyin

Dünya

Britaniya Avropa ilə aviarabitəsiz qala bilər – “Brexit”in İLK FƏSADI

"Britaniya hökumətində “B” planı yoxdur”

“Ryanair” aviaşirkəti mülki aviasiya məsələlərini Avropa İttifaqı ilə “Brexit” üzrə danışıqlarda prioritet mövzu etmək xahişi ilə Böyük Britaniya hökumətinə müraciət edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, əsk təqdirdə Böyük Britaniya 2019-cu ilin martından Avropa ilə aviarabitəsiz qala bilər.

Bu gün Böyük Britaniyanın Avropa İtifaqındakı daimi nümayəndəsi Tim Barrou Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska Britaniyanın baş naziri Tereza Mey tərəfindən imzalanmış məktubu verəcəyi gözlənilir. Məktub Britaniyanın Avropa İttifaqından çıxışı haqqında rəsmi xəbərdarlıq olacaq. Avropa İttifaqından çıxış haqqında Lissabon müqaviləsinin 50-ci maddəsində yer alan qaydalara əsasən Böyük Britaniya “Brexit”in işə salınmasından düz iki il sonra - 2019-cu martın 29-da qurumu tərk etməli olacaq.

“Baxmayaraq ki, “Brexit” üzrə referendumdan doqquz ay keçib, amma biz “Brexit”in aviasiyaya necə təsir edəcəyini bilmirik. Narahatlıq ondan ibarətdir ki, Britaniya hökumətində “B” planı yoxdur”, - “Ryanair” şirkətindən bildirilib.

Hazırda Avropa İttifaqı ölkələri arasında “Açıq səma” rejimi qüvvədədir.

“Nəzərə alaq ki, Böyük Britaniya Avropa İttifaqını tərk etməyi və “Açıq səma” üzrə müqavilədən çıxmağı planlaşdırır. Açıq ehtimal mövcuddur ki, 2019-cu ilin martından sonra müəyyən dövrdə ümumiyyətlə Böyük Britaniya və Avropa arasında reyslər olmayacaq. Ən yaxşı halda ümid edə bilərik ki, Böyük Britaniya və Avropa İttifaqı arasında yeni ikitərəfli razılaşma olacaq. Ancaq bizi narahat edir ki, bu razılaşma alınmaya bilər”, - şirkət açıqlayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm