İŞİD-in rəhbərləri qaçır
Bizi izləyin

Dünya

İŞİD-in rəhbərləri qaçır

Onların Suriyanın Dirəz-Zur əyalətinin Hama bölgəsinə qaçdıqları ehtimal edilib.

Terrorçu İŞİD qruplaşmasının rəhbərləri Suriyanın Rakka şəhərindən qaçmağa başlayıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə Təşkilatı məlumat yayıb.

İŞİD-in 80-ə yaxın fəalı ailə üzvləri ilə birlikdə qayıqla Fərat çayından keçərək qaçıblar.

Bu terrorçuların Rakkadan qaçışının ikinci dalğasıdır. Təxminən iki həftə əvvəl İŞİD-in 300-ə yaxın daha aşağı vəzifəli üzvləri şəhəri tərk edib.

Onların Suriyanın Dirəz-Zur əyalətinin Hama bölgəsinə qaçdıqları ehtimal edilib.

İŞİD liderlərinin Mosulda olan ailə üzvləri ilə yanaşı İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin də bu axına qoşulduğu ehtimal edilir.

Rakka şəhərini “paytaxt” elan edən terrorçuların təmizlənəcəyi ilə bağlı əməliyyatların başlayacağı haqda da xəbərlər yayılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm