ABŞ səfirliyinin 6 əməkdaşı işdən qovuldu
Bizi izləyin

Dünya

ABŞ səfirliyinin 6 əməkdaşı işdən qovuldu

Narkotik vasitələrdən istifadə etdiklərinə görə...

ABŞ-ın Kabildəki səfirliyinin 6 əməkdaşı narkotik vasitələrdən istifadə etdiklərinə görə vəzifəsindən azad edilib.

APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, söhbət iki diplomat və müqavilə ilə işləyən dörd əməkdaşdan gedir. Məlumata görə, qanun pozuntusu ABŞ-ın Əfqanıstandakı səfirliyində aparılan xüsusi araşdırma zamanı üzə çıxıb. Narkotik vasitələrin növü barədə hər hansı məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm