Türkiyə Suriyada yeni əməliyyata başlaya bilər
Bizi izləyin

Dünya

Türkiyə Suriyada yeni əməliyyata başlaya bilər

"O əməliyyat başqa ad altında olacaq",

Türkiyənin baş naziri Binali Yıldırım Suriyanın şimalında aparılan "Fərat qalxanı" əməliyyatının başa çatdığını və təhlükəsizlik üçün təhlükə yaranacağı təqdirdə yeni əməliyyatın başlana biləcəyini bildirib.

Publika.az xəbər verir ki, bunu o, NTV telekanalına müsahibəsində deyib.

"Biz 2 min 15 kvadrat metri terrorçulardan təmizlədik, ora "Azad Suriya Ordusu"nu yerləşdirdik, qaçqınlar ora qayıtdılar, həyat qaydasına düşür. "Fərat qalxanı" əməliyyatı başa çatdı. Sonradan bizim üçün nəsə bir təhlükə yaranarsa, yeni əməliyyat həyata keçirilə bilər və o, başqa ad altında olacaq", - deyə baş nazir bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm