• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ukrayna ABŞ-Rusiya xüsusi təyinatlıların savaş meydanına çevrilir

  • Dünya
  • 12 May 2014 12:40
  • 602 Baxış
Ukrayna ABŞ-Rusiya xüsusi təyinatlıların savaş meydanına çevrilir

ABŞ-ın özəl hərbi şirkəti “Academi” Ukraynanın şərqində separatçılara qarşı əməliyyatlara 400 amerikalını cəlb edib.

Publika.az – ın verdiyi xəbərə görə, belə bir iddia ilə Almaniyanın “Bild am Sonntag” qəzeti çıxış edib.

Nəşrin məlumatına görə, “Academi”nin elit əsgərləri Donetsk vilayətinin Slavyansk şəhərində sepatarçılara qarşı əməliyyatlarda iştirak edirlər. Onların sifarişçisinin kim olduğu isə hələlik məlum deyil.

Qeyd edək ki, alman mediası ötən ayın sonunda Almaniya xüsusi təyinatlılarının döyüş hazırlığı vəziyyətinə gətirildiyi və Ukrayna ərazisinə keçmək üçün əmr gözlədiyini yazmışdı. Lakin bu iddia sonradan rəsmi şəkildə təkzib olundu.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR