“Putin gələcəyi haqqında düşünür, amma...” - Bjezinski “Yeni SSRİ”nin ÖLÜM TARİXİNİ AÇIQLADI
Bizi izləyin

Dünya

“Putin gələcəyi haqqında düşünür, amma...” - Bjezinski “Yeni SSRİ”nin ÖLÜM TARİXİNİ AÇIQLADI

Çin Rusiyadan daha əhəmiyyətli ölkədir.

ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, Vaşinqtonda Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin müşahidə şurasının həmsədri Zbiqnev Bjezinski Rusiyanın Gazeta.ru saytına müsahibə verib.

Publika.az xəbər verir ki, məşhur analitik müsahibəsində Rusiyanın qarşılaşdığı bir sıra problemləri açıqlayıb və Vladimir Putinin hakimiyyəti üçün təhlükələri göstərib.

“Çin Rusiyadan daha əhəmiyyətli ölkədir. Amerika və Çin əməkdaşlıq edərlərsə, Rusiyada başqa iki ölkəyə qoşulmaq üçün heç bir seçim yoxdur. Bu, ilk növbədə, Amerikanın xeyrinə olardı. Amma bu həmçinin uzunmüddətli perspektivdə Rusiya üçün də sərfəli olacaq”, - o deyib.

Ukraynada vəziyyət yaxın gələcəkdə necə inkişaf edəcəyinə gəlincə, analitik bu ölkənin milli dövlətə transformasiya prosesi keçdiyini və Rusiya ilə ağıllı münasibətlər qurmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, Rusiya qısa müddət ərzində Ukraynanın reinteqrasiyası və Kiyevin Moskvaya tabe edilməsinə faydasız ümidini saxlayacaq.

“Ancaq Ukraynanın gələcəyi Avropanın Rusiya ilə bağlı hansı addımları atmasından asılı olacaq. Mənim fikrimcə, Rusiya Avropa və Çinlə əməkdaşlığa yönəlir, həmçinin ABŞ-la öz münasibətlərini yaxşılaşdırır. Moskva ola bilər ki, güzəştlərin köməyi ilə Ukrayna məsələsini həll edəcək. Krımda Rusiyanın təcavüzü daimi gərginlik mənbəyi olacaq. Amma, ümid edirəm ki, rusiyalılar imperialist tərzdə hərəkət etməyin onların maraqlarına uyğun olmadığını anlayacaqlar”, - Bjezinski söyləyib.

Ukrayna və Rusiya arasında uzunmüddətli münasibətlərin qeyri-mümkün olduğunu deyən analitik qeyd edir ki, bu problem hələlik qarşılıqlı razılığa imkan verməyəcək.

Milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Avrasiya İqtisadi İttifaqının genişlənilməsi ideyasını da şərh edib. Zbiqnev Bjezinski Avrasiya İqtisadi İttifaqının 10-20 il ərzində yaşayacağına şübhə edir. Bundan başqa, o bildirir ki, Avrasiya İqtisadi İttifaqı Avropanın qərb hissəsi ilə Rusiyanın münasibətlərinin normallaşması müddətində lazımsız olacaq:

“Həmçinin Rusiya hakimiyyəti ölkənin Avrasiya deyil, Avropa dövləti olması faktını tanıya bilər”.

Jurnalistin suallarından biri Rusiya prezidenti Vladimir Putinin siyasi gələcəyi ilə bağlı olub. O bildirib ki, Putin böyük htimalla, 2018-ci ildə seçkilərdə namizəd olacaq və Konstitusiyaya əsasən, 6 il sonra postunu tərk etməlidir. Kreml liderinin növbəti dəfə (2008-ci ildə aralıq dövrdə Dmitri Medvedev prezident olmuşdu –red.) siyasi tranzit variantına müraciət edib-etməsinə gəlincə, müsahib bunun mümkün olduğunu qeyd edib.

“Mümkündür, bu yaxşı kombinasiyadır, Putin öz gələcəyi haqqında düşünməlidir. Əlbəttə, Rusiyada hakimiyyətin sərvət əldə edilməsinə həddən artıq konsentrasiya zamanla sosial reaksiyalar və düşmənçilik doğura bilər. Bu hələ baş verməyib, amma düşünürəm ki, belə tendensiyaların potensial riski var”, - Bjezinski yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm