Ali məhkəmə parlamenti qanunverici hakimiyyətdən məhrum etdi
Bizi izləyin

Dünya

Ali məhkəmə parlamenti qanunverici hakimiyyətdən məhrum etdi

Parlamentin funksiyaları ali məhkəmə tərəfindən birbaşa həyata keçiriləcək.

Venesuela ali məhkəməsi müxalifətin nəzarətində olan ölkə parlamentinin qanunverici hakimiyyətini öz üzərinə götürüb.

Publika.az ”Reuters” agentliyinə istinadən xəbər verir ki, parlamentin funksiyaları ali məhkəmə tərəfindən birbaşa həyata keçiriləcək.

Agentliyin məlumatına görə, Venesuela müxalifəti məhkəmənin qərarını “qeyri-konstitusion” adlandırıb. Parlamentin spikeri Xulio Borxes ölkə prezidenti Nikolas Maduranı dövlət çevrilişində ittiham edərək onu tanımaqdan imtina edib.

“Nikolas Maduro Venesuelada çevrilişi təşkil etdi”, - o, parlament binasında çıxışında deyib.

Qeyd edək ki, ölkədə siyasi vəziyyət müxalifətin üstünlük təşkil etdiyi parlamentin işə başlamasından sonra ağırlaşıb. Hazırda ölkənin qanunverici hakimiyyəti ilə icra hakimiyyəti arasında heç bir qarşılıqlı münasibət yoxdur. Prezident Nikolas Maduro daha əvvəl müxalifəti parlament çevrilişi cəhdində ittiham edib. Parlament də öz növbəsində dövlət başçısı tərəfindən konstitusiyanın pozulduğunu bəyan edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm