Kreml Kişnyovu vurmağa hazırlaşır
Bizi izləyin

Dünya

Kreml Kişnyovu vurmağa hazırlaşır

Kreml Kişnyovu vurmağa hazırlaşır

Rusiya baş nazirinin müavini Dmitri Roqozin Moldova rəhbərliyinə qarşı hədələyici bəyanatla çıxış edib.

Publika.az – ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, D.Roqozin Moldovanın Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı imzalayacağı halda, Moskva tərəfindən sərt cavab tədbirlərinin görüləcəyini bildirib.

“Artıq münasibətlər əvvəlki kimi olmayacaq. Əminəm ki, Avropa Birliyi ilə assosiasiya haqqında razılaşma Moldovanın neytral statusunun dəyişməsidir. Müəyyən bir qayda var ki, bunu NATO-nun bütün üzvləri bilir. Avropa Birliyinə daxil olmaq üçün NATO-a daxil olmaq lazımdır. Moldova üçün də bu qayda dəyişməyəcək. Avropa Birliyi ilə assosiasiya haqqında razılaşma imzalanarsa, Rusiya Moldova ilə münasibətlərini yenidən gözdən keçirməyə məcbur olacaq”, - Rusiya baş nazirinin müavini söyləyib.

D.Roqozin qeyd edib ki, Moldovanın Avropaya meyllənməsi iqdisadi deyil, siyasi xarakter daşıyır: “Bu təmiz siyasətdir, Moldovanın neytral statusunun dəyişdirilməsidir. Moldovanı artıq indi gizli şəkildə NATO-ya cəlb edirlər. Avropa Birliyi və NATO bizim üçün yad blokdur. Əgər Moldova ora getməyə hazırlaşırsa, biz reaksiya verməyə məcbur olacağıq. Söhbət Dnestryanı və ölkə iqtisadiyyatından gedir”.

Qeyd edək ki, D.Roqozin 9 May Qələbə Günü münasibəti ilə Tiraspolda keçirilən hərbi paradda iştirak edib. Onun Dnestryanı əraziyə səfəri qalmaqalla yadda qaldı. Kiyev onun Ukrayna hava sahəsi ilə uçmasına icazə vermədi. Baş nazirin müavini Bolqarıstan və Rumıniya vasitəsilə uçmağa məcbur oldu.

D.Roqozin hədələyi tonda bəyanat verərək Dnestryanı əraziyə növbəti dəfə “Tu-160” səsdən sürətli strateji bombardmançı təyyarə ilə gedəcəyini bildirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm