Fransua Olland İrəvandan Türkiyəyə çağırış etdi
Bizi izləyin

Dünya

Fransua Olland İrəvandan Türkiyəyə çağırış etdi

Fransa prezidenti Fransua Olland Cənubi Qafqaza səfəri çərçivəsində gəldiyi Ermənistanın paytaxtı İrəvanda soyqırım abidəsini ziyarət etdikdən sonra Türkiyəyə çağırış edib.

Fransa prezidenti Fransua Olland Cənubi Qafqaza səfəri çərçivəsində gəldiyi Ermənistanın paytaxtı İrəvanda soyqırım abidəsini ziyarət etdikdən sonra Türkiyəyə çağırış edib.

Olland Türkiyədən soyqırımı tanımasını istəyib.

Olland soyqırımı tanımağın ölkələr arasında yaxınlaşmaya səbəb olacağını bildirərək, digər fransalı prezidentlər kimi Türkiyəyə səslənib:

"Dünyanın hər yerində soyqırımın tanınması üçün təşəbbüslər var. Artıq Türkiyə də soyqırımı tanımalıdır".

Olland Ərdoğanın ermənilərə başsağlığı mesajına da münasibət bildərərək, bütün yaxşı niyyətli, sağlam fikirli mesajların müsbət qarşılandığını bildirib.

Fransua Olland 2015-ci ildə "erməni soyqırımı"nın 100-cü ildönümündə İrəvanda keçiriləcək mərasimdə iştirak edəcəyini qeyd edib. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm