Dünya
Masonlar Putinin dostuna qarşı birləşdilər
Fransanın bütün masonların təxminən yarısını birləşdirən yeddi fransız mason təşkilatı “Milli Cəbhə” partiyasının lideri, prezidentliyə namizəd Marin Le Penə səs verməməyə çağırıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ultrasağçı siyasətçiyə qarşı çıxan mason təşkilatlar təxminən 90 min kişi və qadından ibarətdir.
“Bu, nadir təşəbbüsdür. Biz göstərişlər vermirik. Amma bizim prinsiplərimiz və dəyərlərimizi xatırlatmaq istəyirik”, - mason təşkilatlardan birinin nümayəndəsi olan Alen Mişon bildirib.
Masonlar müraciətində özlərinin humanist idealları və Respublikaya sədaqəti xatırladır, həmçinin irqçilik və “divarların tikintisi”nə qarşı olduğunu bildirirlər. Masonlar hesab edirlər ki, “Milli Cəbhə”nin prezidentliyə namizədi neopopulizmin dirçəlişi üzrə genişmiqyaslı Avropa hərəkatının bir hissəsidir.
Qeyd edək ki, Fransada prezident seçkilərinin iki turu 23 aprel və 7 may tarixlərində keçiriləcək. “Elabe” şirkətinin keçirdiyi son sorğusuna əsasən, Marin Le Pen birinci turda keçmiş iqtisadiyyat naziri Emmanuel Makrona az fərqlə uduzacaq. Ölkənin sabiq baş naziri Fransua Fiyonun üçüncü yeri tutacağı gözlənilir.
İkinci turda isə ultrasağçı siyasətçinin Emmanuel Makrona böyük fərqlə məğlub olacağı ehtimal edilir.
“Milli Cəbhə”nin lideri KİV-də Rusiya prezidenti Vladimir Putinin “dostu” adlandırılır. Siyasətçi prezident seçiləcəyi halda Krımı Rusiyanın hissəsi kimi tanıyacağına söz verib.
Ömər Dağlı
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər