Dünya
Şimali Koreyadan gözlənilməz addım: “Sui-qəsd briqadası”na qarşı YENİ QOŞUN NÖVÜ
Pxenyanda aprelin 15-də keçirilən parad Koreya Xalq Demokratik Respublikasında (KXDR) quru, dəniz, hava və strateji qoşunlarından başqa, yeni qoşun növünün olduğunu ortaya çıxarıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, parad Şimali Koreyada xüsusi taktik qoşunların olduğunu göstərib.
Şimali Koreya televiziyasının translyasiyasına əsasən, bu qoşunların əsgərləri paradda günəşdən qoruyan eynəklərl və qrimlənmiş üzlə hərəkət edirdilər. Yeni qumbaraatan onların silahı idi. Başlarında isə üzərində gecəgörmə cihazı olan dəbilqələr vardı.
Cənubi Koreyanın “Renxap” agentliyi ekspertlərə istinadən bildirir ki, xüsusi taktiki qoşunlar ABŞ və Cənubi Koreya xüsusi təyinatlılarının Şimali Koreya lideri Kim Çen Inın məhv edilməsi üzrə planının qarşısını almaq üçün təlimlər keçirlər.
Agentlik bu qoşunlara general-polkovnik Kim Yen Bokun komandanlıq etdiyini yazıb.
Daha əvvəl yayılan məlumata görə, ABŞ-ın “Navy SEALS Team 6” elit dəstəsi KXDR-lə münasibətlərdə gərginliyin artması fonunda Koreya yarımadasına gəlib. İddiaya görə, ABŞ-ın xüsusi təyinatlı dəstəsi hazırda Şimali Koreya liderinin aradan qaldırılması üçün hərəkətləri yerinə yetirir. “The Sun” qəzeti isə xatırladır ki, bu dəstənin döyüşçüləri “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladeni məhv ediblər.
Bundan əvvəl isə NBC kanalı xəbər verib ki, ABŞ Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa KXDR-in yaratdığı nüvə təhdidi probleminin həlli üçün bir neçə variant təklif edib. Variantlar arasında Cənubi Koreya ərazisində Amerikanın nüvə raketlərinin yerləşdirilməsi, kiberhücumlar, həmçinin KXDR-in lideri Kim Çen Inın qətli var.
Yanvarın əvvəlində isə “Renxap” agentliyi Cənubi Koreya ordusundakı mənbəyə istinadən məlumat yaymışdı ki, Cənubi Koreya və ABŞ xüsusi briqada yaratmağı planlaşdırır. Briqadanın əsas vəzifəsi Koreya yarımadasında müharibə başladığı halda Şimali Koreya liderinin öldürmək olacaq. Bildirilirdi ki, briqadada ABŞ xüsusi təyinatlıları da olacaq və onlar Cənubi Koreya komandanlığına tabe olacaqlar.
Ömər Dağlı
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia