Tokio fövqəladə vəziyyətə hazırlaşır – TƏCİLİ TOPLANTI
Bizi izləyin

Dünya

Tokio fövqəladə vəziyyətə hazırlaşır – TƏCİLİ TOPLANTI

Yaponiya hökuməti Koreya yarımadası ətrafındakı vəziyyətlə əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu haqda hökumətdəki mənbəyə istinadən “Kiodo” agentliyi bildirib.

Ancaq iclasda konkret hansı məsələlərin müzakirə edildiyi hələ məlum deyil.

Daha əvvəl Yaponiyanın baş naziri Sindzo Abe ölkə parlamentində bildirib ki, hökumət Koreya yarımadasından qaçqınların axını zamanı yaranacaq fövqəladə vəziyyətə qarşı hansı addımların atılacağını düşünür. Baş nazir eyni zamanda problemin nizama salınması üçün diplomatik səylərin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Pxenyanın nüvə və raket proqramlarının dayandırılması üçün istənilən addımlara hazır olduqlarını açıqlayıb. Bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens də iki Koreya dövlətinin sərhədində silahsızlaşdırılmış zonaya səfəri zamanı təsdiq edib. Pens bildirib ki, Vaşinqtonun Koreya Xalq Demokratik Respublikası barəsində səbri artıq tükənib.

Pxenyan isə təxribatlar olacağı halda, ABŞ-ın regiondakı bazalarına zərbələr vuracağını açıqlayıb.

Yaponiya hökumətinin birinci katibi Esixide Suqa jurnalistlərə deyib ki, baş nazir Abe Penslə Koreya böhranını müzakirə etmək niyyətindədir. ABŞ-ın vitse prezidenti üç gün sonra Yaponiyaya gələcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm