Putin Ukraynanı dövlət kimi ləğv edəcək – Dəmir plan
Bizi izləyin

Dünya

Putin Ukraynanı dövlət kimi ləğv edəcək – Dəmir plan

Putin Ukraynanın bir dövlət kimi ləğv olunmasına qədər irəli gedəcək – Dəmir plan

“Rusiya Federasiyasının prezidenti hədəfə çatmaq üçün bütün mümkün alətlərdən istifadə edir”.

Publika.az – ın verdiyi xəbərə görə, bu sözləri rusiyalı məşhur politoloq Stanislav Belkovski Ukraynanın şərqində baş verənləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Vladimir Putinin hədəflərinə Ukraynanın federasiya halına salmasından tutmuş ölkənin cənub-şərq üzərində faktiki nəzarət edilməsi qədər daxildir. Politoloq qeyd edir ki, Kreml indiki formatda Ukraynanın hissələrə bölünməsi və bir dövlət kimi ləğv olunmasına qədər irəli gedəcək.

“Axı Rusiya Federasiyası prezidentinin əsas məqsədi Ukraynanın Avropa Birliyi və NATO-ya daxil olmasına icazə verməməkdir. Bu barədə onun dəmir planı var. O, bu plana 120 faiz sadiqdir və hədəfə çatmaq üçün bütün mümkün alətlərdən istifadə edir. Putin əvvəlcə Ukraynada həll edilməmiş ərazi mübahisəsini yaradaraq Krımı zəbt etdi. Ukrayna məhz bu səbəbdən artıq NATO-a daxil ola bilmir. Putin daha sonra Luqanskdan Odessaya qədər olan ərazidə qeyri-stabilliyin yaradılması yolunu seçdi. Bu halda isə Ukraynanın real avrointeqrasiyası haqqında danışıqlar mümkün deyil”, - Belkovski vurğulayıb.

Politoloq qeyd edib ki, Rusiya lideri Ukraynanın federasiya halına salınması və neytrallıq status qəbul edəcəyi şərti ilə ölkənin indiki sərhədlərdə saxlamağa hazırdır:

“Putin Ukraynanı indiki sərhədlərdə saxlamağa hazırdır. Bunun üçün isə Putinin planına görə, Ukrayna tam neytral olmalıdır. Amma Putin nə Qərbin, nə də rəsmi Kiyevin zəmanətinə inanmır. Putin Ukraynanın neytral statusuna yalnız bir yolla nail olacaq: Ölkənin federasiya halına salınması ilə. Federasiya halına salınma isə Ukraynanın faktiki olaraq Moskvadan idarə edilən knyazlıqlar sisteminə keçid anlamına gəlir.

Donetsk və Luqansk vilayətlərində keçirilən “referendum”un nəticələri ilə bağlı Putinin sükutuna gəlincə, ekspertin sözlərinə görə, bu, Rusiyanın Qərb qarşısında mövqeyinin gücləndirilməsi üçün taktiki manevrdir:

“Putin hələ ki taktiki manevr edir. Putinin iyun ayında Fransada ABŞ prezidenti Barak Obama ilə görüşü gözlənilir. Görüşün nəticəsindən asılı olaraq Putin Ukrayna ilə bağlı daha yumşaq və ya daha sərt mövqe sərgiləyəcək”.

Politoloq vurğulayıb ki, Putin Ukraynadan geri çəkiləcəyi barədə fikirlər daha çox illüziyalara oxşayır. O, qonşu dövləti öz orbiti ətrafında tutmaq üçün Putinin hər şeyi edəcəyini ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm