• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Erməni ekspert: “Moskva Qarabağ münaqişəsinin həllində deyil, idarə olunmasında maraqlıdır”

  • Dünya
  • 13 May 2014 13:22
  • 481 Baxış
Erməni ekspert: “Moskva Qarabağ münaqişəsinin həllində deyil, idarə olunmasında maraqlıdır”

“Jane's Intelligence”nin müdafiə və təhlükəsizlikləri məsələləri üzrə erməni analitiki Lilit Qevorqyan Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son durumu dəyərləndirib.

Publika.az – ın verdiyi xəbərə görə, Ermənistanın 1in.am saytına müsahibə verən analitik İranın da sülh danışıqlarında iştirak perspektivlərinə toxunub.

Erməni analitik hesab edir ki, İranın problemin nizama salınmasına ciddi təsirinin olacağı inandırıcı deyil. O, fikrini İranın heç vaxt sülh prosesinə cəlb edilməməsi ilə izah edib.

O, bildirib ki, Qərb Ukrayna böhranı fonunda ABŞ-ın və Fransanın timsalında Rusiyanın təsir linglərini yumşaldaraq Dağlı Qarabağ münaqişəsinin həlli prosesində öz rolunu aktivləşdirməyə çalışır. Amma Lilit Qevorqyan Qərbin müvəffəqiyyət qazanacağını düşünmür: “Bu ölkələr Rusiyanın mövqeyinə zidd olan bir mövqe ortaya qoyarlarsa, o halda danışıqlar prosesi dalana girəcək. Münaqişə geosiyasi xarakter daşıyarsa, Rusiya və Qərbin mövqeləri də fərqli olacaq. Hər üç ölkə müxtəlif geosiyasi maraqları malikdir. Onlar maraqlarını həyata keçirmək və razılaşmaya nail olmaq üçün münaqişə tərəflərinə təzyiq göstərirlər”.

Erməni analitik Krım hadisələri fonunda Dağlıq Qarabağla bağlı səslənən fikirlərə də münasibətini bildirib: “ İki müxtəlif yanaşma var. Onlardan birincisi odur ki, əgər Dağlıq Qarabağ Krımdırsa, onda Qarabağ Rusiyaya qoşulmalıdır. Bu münaqişənin həlli, yəni status-kvonun dəyişməsidir. Hesab edirəm ki, Rusiya münaqişənin həllində deyil, onun idarə olunmasında maraqlıdır. Onlar çoxdan bu siyasətlə məşğul olurlar. Dağlıq Qarabağ Rusiyanın əlində təsir lingidir. Həm Ermənistana, həm də Azərbaycana. Qərb aktiv rol oynamaq istəyir, amma heç bir real proqrama malik deyil. Problemin həlli üçün Qərb ardıcıl və dəqiq strategiyaya malik olmalıdır”.

“Əgər Qərb həqiqətən də Fransa və ABŞ timsalında münaqişənin həlli üçün addımlar atmağa təşəbbüs etməyə qərar verərsə, Rusiya buna qarşı çıxacaq. Ola bilsin ki, Minsk Qrupu müvəffəqiyyətsizliklə üzləşsin, ancaq bu ehtimal da kiçikdir. Bu formatın ləğvi heç bir halda Rusiyanın xeyrinə deyil”, - o, vurğulayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR