Kiyevdə həlak olanlardan biri Ermənistan vətəndaşıdır - YENİLƏNDİ -VİDEO- FOTOLAR
Bizi izləyin

Dünya

Kiyevdə həlak olanlardan biri Ermənistan vətəndaşıdır - YENİLƏNDİ -VİDEO- FOTOLAR

2 yaşlı nümayişçinin qarşıdurmalar zamanı “Dinamo” stadionunun 13 metrlik sütunun üzərindən düşdüyü bildirilir. Ağır yaralanan gənc xəstəxanada ölüb.

Son vəziyyət. "Berkut" etirazçıları "Dinamo" stadionunun qarşısından çıxarıb. İndiyədək etirazçıların barrikada qurduğu mövqelərdə indi təhlükəszilik qüvvələrinin qalxanlı əsgərləri sıraya düzülüb. Əsgərlərin arxa mövqelərindən zirehli hərbi maşın çıxara ön çərgəyə yaxınlaşıb. Azadlıq meydanın kütləvi etiraz mitinqi isə davam edir.

BAŞ NAZİR QARŞIDURMAYA GÖRƏ AKSİYAÇILARI İTTİHAM EDİR

Ukraynanin Baş naziri Mykola Azarov bu gün hökumətin toplantısında çıxışında paytaxtda baş verən qarşıdurmaya görə aksiyaçıları ittiham edib. Baş nazir bildirib ki, ifrat sağçı Ukrayna hadisələri 19Yanvar ​​üsyançılar və Maydanın radikal qanadı polisə bıçaq, partlayıcı vasitələrlə hücum edərək kütləvi iğtişaşlara səbəb olub, maşınları, binaları yandırıblar:

- Bu iğtişaşların iştirakçıları dinc aksiyaçılar, ya da nümayişçilər hesab oluna bilməzlər. Onlar cinayətkarlardır və əməllərinə görə cavab verməlidirlər.

Baş nazir polisi belə hadisələrin bird aha təkrar olunmaması üçün qabaqlayıcı tədbirlər görməyə çağırıb:

- Ukraynanın Baş naziri kimi rəsmən bəyan edirəm ki, təəssüf ki, artıq baş vermiş insan tələfatına görə də məsuliyyət bu aksiyanın təşkilatçıları və kütləvi iştişaşın bəzi iştirakçılarının üzərinə düşür. Mən polisi də bu cinayətləri araşdırmağa və gələcəkdə belə hadisələrin bird aha da təkrar olunmaması üçün qabaqlayıcı tədbirlər görməyə çağırıram.

AVROPA KOMİSSİYASI UKRAYNADA TƏRƏFLƏRİ GÜC TƏTBİQİNİ DƏRHAL DAYANDIRMAĞA ÇAĞIRIR

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso yanvarın 22-də Brüsseldə keçirdiyi brifinqdə Ukraynada tərəfləri güc tətbiqindən çəkiməyə çağırıb:

- Biz Ukraynada aksiyaçılar arasında tələfatın olması barədə xəbərlərdən şoka düşmüşük. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz güc tətbiqindən olduqca üzgünük və bütün tərəfləri dərhal buna son qoymağa, vəziyyəti sabitləşdirmək üçün addımlar atmağa çağırırıq.

Barroso qeyd edir ki, Ukraynada vəziyyəti narahatlıqla izləməkdə davam edirlər: “Həmçinin də Avropa Birliyinin ata biləcəyi addımları, indiki hadisələrin Ukrayna ilə gələcək münasibətlərimizə mümküntəsirlərini qiymətləndirməkdəyik” – deyə Avropa Komissiyasının prezidenti bildirib.

20 YAŞLI ERMƏNİNİN SNAYPERLƏ VURULDUĞU BİLDİRİRLİR

Erməni mənbələrinin məlumatına görə yanvarın 22-də Kiyevdə polislə aksiya iştirakçıları arasında toqquşmalarda həlak olanlardan biri 20 yaşlı ermənistan vətəndaşı Serhiy/Serzh Nihoyan-dır. O, səhər saatlarında Kiyevdə Dinamo stadionu yaxınlığında öldürülüb. AzadlıqRadiosunun erməni xidməti Serhiy/Serzh Nihoyan-ın snayperlə vurulmasına dair məlumatlar olduğunu yazır.
​​
Serhiy/Serzh Nihoyan Kiyevə ötən ilin dekabrında gedibmiş. Qeyri-rəsmi məlumatlara görə o, Avromaydanın mühafizəsi ilə məşğul olan dəstəyə qatılıbmış.

Yanvarın 22-də baş verən qarşıdurmada azı iki nəfərin güllə yarasından həlak olması barədə xəbərlər var. Aksiyaçılar onları polisin öldürdüyünü, Daxili İşlər Nazirliyi isə döyüş güllələrindən istifadə olunmadığını bildirir.

Ukrayna polisi paytaxt Kiyevdəki barrikadalara hücum edib aksiyaçıları oradan uzaqlaşdırmağa çalışır. Paytaxtı küçələrində hələ də ayrı-ayrı yerlərdə toqquşmalar davam edir. Aksiyaçılar polisə daş, Molotov kokteylləri atırlar. Polis isə göz yaşardan qaz, səs bombaları, dəyənəklərdən istifadə edir.

Müxalifət liderlərindən Arseniy Yatsenyuk özünün social şəbəkələrdəki hesabında prezident Viktor Yanukovych-in onu və daha iki müxalifət liderini görüşə dəvət etdiyini bildirir. Görüş günrota saatlarına nəzərdə tutulur.

Prezident yanvarın 22-də aksiyaçıları “siyasi radikallara” qoşulmamağa çağırıb.

TOQQUŞMA QURBANLARININ SAYI ARTIR

Kiyevdə Qruşevski küçəsində baş verən toqquşmalarda iki nümayişçi öldürülüb. Daha bir nəfər isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Müxalifət bildirir ki, hər 3 ölüm hadisəsinə görə hökumət qüvvələri məsuliyyət daşıyır. Hakimiyyət isə bildirib ki, qarşıdurma zamanı xüsusi təyinatlılarda silah olmayıb.

16.20

Kiyevdə nümayişlərin keçirildiyi Qruşevski küçəsinə zirehli maşınlar (BTR) yeridilib.

Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə “unian.net” saytı yazıb.

Xəbərə görə, “Berkut” xüsusi təyinatları zirehli maşınların arxasında dayanıblar.

“Üçüncü Ukrayna Respublikası” hərəkatının rəhbəri Yuri Lusenko isə UDAR Partiyasının lideri Vitali Kliçkonun başçılığı ilə müvəqqəti icraiyyə komitəsinin yaradılmasını təklif edib. O, keçirdiyi brifinqdə bildirib ki, Ukraynada müstəmləkə keçmişi ilə Avropa gələcəyi arasında müharibə gedir. Onun sözlərinə görə, müxalifət ölkənin yenidən qurulması üçün öz planını təklif etmədiyi üçün günahkardır.

Lusenko qeyd edib ki, prezident Viktor Yanukoviç və müxalifət liderləri arasında müzakirə olunacaq yeganə məsələ 16 Yanvar tarixində qəbul edilmiş qanunun ləğvi deyil, Yanukoviçin postundan kənarlaşdırılması olmalıdır. “Paytaxt mərkəzində vətəndaşların maksimal səfərbərliyinə nail olmaq lazımdır. Bu nümayişçilər arasında qurbanların azaldılması üçün tək yoldur”, -“Üçüncü Ukrayna Respublikası” hərəkatının rəhbəri söyləyib.

Ukrayna mətbuatının yazdığına görə, “Berkut” xüsusi təyinatlıları Qruşevski küçəsində yaralılara ilkin yardım edən həkimləri döyüb. “Berkut” artıq “Qırmızı Xaç” nişanını görmür”, - mətbuat yazır.

Ömər Dağlı

15.20

Kiyev toqquşmalarında həlak olanların sayı artır

Kiyevdə Qruşevski küçəsində baş verən toqquşmalarda iki nümayişçi öldürülüb. Daha bir nəfər isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Müxalifət bildirir ki, hər 3 ölüm hadisəsinə görə hökumət qüvvələri məsuliyyət daşıyır. Hakimiyyət isə bildirib ki, qarşıdurma zamanı xüsusi təyinatlılarda silah olmayıb.


Bu gün səhər "Dinamo" stadionunun yanında Dnepropetrovskdan olan 20 yaşlı fəal Sergey Niqoyan güllələnib. Şahidlərin sözlərinə görə, atəş qonşu evlərin birinin 6-cı mərtəbəsindən - snayperdən açılıb.

Etirazçılar Niqoyanın ölümünə cavab olaraq xüsusi təyinatlı milisə hücum etmək üçün hazırlıqlara başlayıb. Ancaq "Berkut"çular daha tez hücuma keçib.

AzadlıqRadiosunun Kiyevdəki müxbiri bildirir ki, bu hücum vaxtı daha bir nümayişçi öldürülüb.

Hökumətin iclasında baş nazir Nikolay Azarov bildirib ki, DİN əməkdaşlarının əlində silah olmayıb.

Ukrayna müxalifəti bildirir ki, güllələnən Ukrayna vətəndaşlarına görə prezident Yanukovich və daxili işlər naziri Zaxarçenko məsuliyyət daşıyır.

Müxalifət səfərbərlik elan edib və tərəfdarlarını bu axşam Meydana çağırıb.


Ukraynada vəziyyətin gərginləşməsinə görə Ukrayna müxalifəti, ekstremist qüvvələr və Qərb siyasətçiləri məsuliyyət daşıyır.

Bunu Rusiya Dövlət Dumasının deputatları bildirib.

Xarici siyasətçiləri Ukraynanın daxili işlərinə müdaxilə etməməyə çağıran Dövlət Dumasının bəyanatını 388 deputat dəstəkləyib.

13.44

Kiyevin Qruşevski küçəsində nümayişçilərlə təhlükəsizlik qüvvələrinin qarşıdurmasında ölənlərin sayı 4-ə çatıb. Bu barədə espreso.tv vəbər verir.

Son olaraq öldürülən şəxsin yaşının 20-25 olduğu, kimliyinin hələ müəyyənləşdirmədiyi bildirilir. Məlumata görə, döş qəfəsinə açılan atəş nəticəsində yaralanan nümayişçi səhər saat 8 radələrində xəstəxanaya gətirilib. O, xəstəxanaya gətiriləndə artıq ölmüşdü.

13.07

Son vəziyyət. Ukrayna mediasının məlumatına görə, Kiyevdə nümayişçilər arasında baş verən toqquşmadalarda iki nəfər həlak olub.

BBC Ukrayna xidmətinin məlumatına görə, bu gün səhər daha bir gənc ölüb. O Qruşevski küçəsində baş verən qarşıdurmalarda dörd güllə yarası alıbmış.Bundan əvəl isə Maydan Özünümüdafiə Qərargahı Qruşevski küçəsindəki toqquşmalarda 22 yaşlı fəalın ölməsi haqda məlumat yayıb.

Onun nümayişçilərin milisə butulka və yandırıcı maddələr atdığı "Dinamo" stadionunun 13 metrlik sütunlardan yıxıldığı bildirilir. Həlak olanlar barədə hələ rəsmi məlumat yoxdur.


Gazeta.ua xəbər verir ki, ötən gecə Qruşevski küçəsində milis etirazçılara qarşı su şırnağı tətbiq edib. Beynəlxalq standartlara görə mənfi temperaturda su şırnağından istifadə etmək işgəncəyə bərabərdir.Aksiya iştirakçıları milisə yandırcı maddələr və daşlar, milis isə onların üstünə səs qumbarası və tüstü buraxan şaşkalar atıb.

Bu gündən Ukraynada etiraz aksiyalarında iştirak etdiyinə görə böyük cərimələr və həbsləri nəzərdə turan qanun qüvvəyə minir.Müxalifət Ukraynada baş verənlərə görə məsuliyyəti prezident Viktor Yanukovychin üstünə qoyur.

Yanukovych böhranın həlli ilə bağlı danışıqlara razılıq versə də, özü bu danışıqlarda iştirak etmir.Hakim Regionlar Partiyası bildirir ki, müxalifət fəallar üzərində nəzarəti itirib. Buna görə də prezidenti Kiyevdə fövqəladə vəziyyətin tətbiqinə qədər sərt tədbirlər görməyə çağırır.

Yanvarın 19-dan Kiyevin mərkəzində baş verən toqquşmalarda indiyə qədər 200 nəfər xəsarət alıb. Onlardan 35 media nümayəndələridir.


Ukrayna mətbuatı Grushevski küçəsində bir nəfər etirazçının həlak olması haqda xəbər verir. Onun şəxsiyyəti məlum deyil, şahidlərin dediyinə meydanda cansız uzanıb qalan şəxs tapılıb. Hüquq-mühafizə orqanlarından AzadlıqRadiosunun Ukrayna xidmətinə bildiriblər, hadisəni araşdırıb nəyin baş verdiyini aydınlaşdırmağa çalışırlar.

Qruşevski meydanında polis mövqelərindən dinamiklərlə etirazçılara müricət oxunur, onları qanunu pozmamağa, dağılışmağa çağırırlar. Etirazçıları bütün gecəni olduğu kimi, dəmir döyəcləməklə cavab verirlər.




Yanvarın 22-də səhər saatlarında Təhlükəsizlik qüvvələri Dinamo stadionu qarşısında toplaşan etirazçılara hücum edərək onları dağıdıb. Bütün gecəni qarşı-qarşıya duran etirazçılar və polis arasında əvvəlki günlərə nisbətən az toqquşmalar baş verib. Xristian kilsəsinin nümayəndələri əllərində xaç bütün gücəni onların arasında duraraq tərəfləri sülhə çağırıb. Səhər saatlarında güclü şaxtanın təsirindən etirazçıların sırası xeyli seyrəlib. Ona görə təhlükəsizlik qüvvələri asanlıqla onları ərazidən qovaraq Grushevski küçəsində qurulan barrikadları təmizləmyə başlayıb. Lakin bir qədər sonra Maydandan köməyə gələn etirazçılar polisi geri çəkilməyə məcbur edib.

Yanvarın 22-də parlamentin mitinqlərin yasaq edilməsi haqda qərarı qüvvəyə minir. Bu gün həm də Ukraynada dini həmrəylik günüdur. Maydana tolaşanlar sonadək durmaq əzmində olduğunu bəyan edirlər.




Yanvarın 21-də axşam Maydanda keçirilən mitinqdə elan olundu ki, Grushevki küçəsində hakimiyyətə "səs silahı" ilə cavab verilsin, burada bir an da olsun durmadan dəmir döyəclənsin. Burada tərəfləri bir neçə metr ayırır. Etirazçılar barrikada qurublar, polis isə qalxanlarla kordon yaradıb. Kordonun arxasında suatan maşınlar hazır vəziyyətdədir.

Hakimiyyətlə müxalifət arasında danışıqlar növbəti dəfə baş tutmadı. Hakimiyyəti prezident administrasiyasının rəhbəri təmsil etdiyindən müxalifətdən olan millət vəkilləri danışıqlardan imtina ediblər. Onlar birbaşa prezient Yanukovichlə danışmağa razı olduqlarını bildiriblər. Hakimiyyət müxalifəti ittiham edir ki, kütləyə nəzarəti itirib. Müxalifət isə gənclərin radikallığını hakimiyyətin mürtəci qərarlarında görür.

Hər 2 tərəfin Kiyevə qüvvə topladığı haqda xəbərlər daxil olur. Hakimiyyət ordu və polis bölmələrini paytaxta çəkir. Müxalifətin tərəfdarları isə Maydanı qorumaq üçün Kiyevə gəlir. AzadliqRadiosu Ukrayna xidmətinin məlumatına əsasən, Maydana köməyə gələnlər arasında Krım tatarları da var.



“Qolos Ukrainı” (“Ukraynanın səsi”) qəzeti yanvarın 21-də icazəsiz mitinqlərdə iştirakı sərtləşdirən qanunu dərc edib.Yanvarın 16-da parlamentdə qəbul olunan və bir gün sonra prezidentin imzaladığı qanuna görə icazəsiz mitinqlər və aksiyalarda iştirak edənləri yüksək məbləğdə cərimə və həbs gözləyir.

Müxalifətyönlü deputatlar parlament nəşrinin bu nüsxəsinin çap olunmasının qarşısını ala bilməyib. Qanun yanvarın 22-dən qüvvəyə minir.


Yanvarın 20-dən 21-nə keçən gecə paytaxt Kiyevin Maydanına yığışan etirazçılar xüsusi qüvvələrin zərbəsini gözləyiblər. UDAR-ın lideri Vitali Kliçko bildirib ki, fəallar təxribatın qarşısını alıblar.

“Avromaydan” fəalları muzdla tutulmuş 20-yə yaxın gənci saxladıqlarını bildirirlər. Onların sözlərinə görə, “tituşek” adlandırdıqları bu gənclər dava salmağı, maşınların, mağazaların vitrinlərini sındırmaq, nəqliyyatın hərəkətinə mane olmağı təşkil edirlər.

Media nümayəndələri şəhərin mərkəzində beşə yaxın “tituşek” qrupu sayıblar.“Dinamo” stadionunda nümayişçilərlə xüsusi təyinatlıların qarşıdurması davam edib.
Gecə saat 3-də “Berkut” nümayişçilərə qarşı gözyaşardıcı qazdan, dəyənəkdən və travmatik silahlardan istifadə edib.



Tibb işçiləri deyirlər ki, bir çox yaralı döyüş yarası alıb. Ən geniş yayılmışı – qulaq pərdəsinin yırtılması və qəlpə yaralarıdır.Həmkarlar Evində səhra hospitalının komendantı Sofii Pilipçuk yanvarın 19-dan bəri yalnız bir hospitalda 400-dən çox yaralıya tibbi xidmət göstərildiyini deyir. Bəzi yaralılar iğtişaş iştirakçısı ittihamı ilə həbs olunmaqdan ehtiyat etdikləri üçün Kiyev xəstəxanalarına üz tutmayıblar.



Səhər saatlarında “Avromaydan” hərəkatının liderlərindən biri İqor Lucenkonun oğurlanması xəbərləri yayılıb. Hadisənin Kiyev xəstəxanalarından birində baş verdiyi bildirilir. O, toqquşmada zərər çəkmiş Yuri Verbiskovu xəstəxanaya aparıbmış. Naməlum şəxslər xəstəxanaya zorla girib hər ikisini tutublar. Onların hara aparıldığı bilinmir.



Müxalifət liderləri xəbərdarlıq edirlər ki, Ukrayna prezidenti Viktor Yanukoviç baş verən hadisələr üçün məsuliyyət daşıyır. Onlar bildiriblər ki, “güc göstərilməsi və vətəndaşların tələblərinə saymazyanalıq indiki hakimiyyətin faciəsi ilə bitəcək”.

Viktor Yanukovich müxaliftlə danışıqlara başlanmasına göstəriş verib. Müxalif liderlər isə danışıqlarını yalnız prezidentlə apara biləcəklərini bildiriblər.

10.12

Kiyevin Qruşevski küçəsində keçirilən nümayişlərdə artıq bir ölüm faktı qeydə alınıb.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, xəbər Meydanın özünümüdafiə qərargahından da təsdiqlənib.

22 yaşlı nümayişçinin qarşıdurmalar zamanı “Dinamo” stadionunun 13 metrlik sütunun üzərindən düşdüyü bildirilir. Ağır yaralanan gənc xəstəxanada ölüb.

Saytın yazdığına görə, təhlükəsizlik gücləri sütunların üzərində dayanan nümayişçilərə fişənglərlə atəş açıb və “Molotov” kokteylləri atıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm