Corc Sorosun Türkiyəyə qarşı 100 milyonluq planı: İNQİLABIN TARİXİ AÇIQLANDI
Bizi izləyin

Dünya

Corc Sorosun Türkiyəyə qarşı 100 milyonluq planı: İNQİLABIN TARİXİ AÇIQLANDI

Corc Soros Türkiyəyə qarşı yenidən hərəkətə keçdi.

2013-cü ildə Türkiyədə Gəzi Parkı hadisələrinin əsas sponsoru olan amerikalı maliyyəçi, investor, iş adamı və filantrop Corc Soros aprelin 16-da keçirilən referendumda Konstitusiyaya təklif olunan dəyişikliklərin 51,4 faiz səslə dəstəklənməsi ilə Türkiyəyə qarşı yenidən hərəkətə keçdi.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünyada “inqilabların atası” kimi tanınan, həmçinin Ukrayna və Gürcüstanda “rəngli inqilablar”ın arxasında olan Soros Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratik Partiyasının (HDP) ifadələrini istifadə edərək “İkinci Gəzi” üçün kisənin ağzını açdı.

HRW-yi pula boğub

Sorosun təşkilatı olan Açıq Cəmiyyət İnstitutu beynəlxalq “insan haqları” təşkilatı “Human Rights Watch”ı Türkiyədəki referendumdan sonra başlayan kiçik miqyaslı etirazları xaosa çevirmək üçün təlimatlandırıb. Sorosun xaos üçün 100 milyon dollar ayırdığı bildirilir. Soros 10 il ərzində 1 milyard dollar ayırdığı təşkilatdan Türkiyəyə qarşı yazılar və hesabatların hazırlanmasını istəyib. HRW isə artıq Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğana qarşı kampaniyaya başlayıb.

HRW-nin yayımladığı “Türkiyənin Konstitusiya referendumu: Suallar və cavablar” başlıqlı məqalədə yer alan ifadələr Sorosun niyyətini açıq şəkildə göstərir:

- Prezident məhkəmə üzərində yüksək təsirə malik olacaq. Türkiyədə məhkəmə siyasi təsir altında olacaq və bu dəyişiklik məhkəmənin müstəqilliyini daha da azaldacaq.

- Türkiyədə müstəqil media susdurulub. 160 media təşkilatı bağlanıb, 120 jurnalist həbsxanalardadır. Gülən hərəkatı və kürd siyasi fəallar dövlət çevrilişinə cəhddə ittiham olundular.

- HDP-nin iki lideri və üzvləri həbsxanalara atıldı.

Polis gücləndirilmiş iş rejiminə keçib

Gəzi Parkı hadisələrinə bənzər qarşıdurmalar yaratmaq üçün təxribatlara başlayan qruplar Kadıköy, Beşiktaş, Kartal və Maltepedə hər axşam etiraz aksiyaları keçirir. Polis bu aksiyaları 1 May (Beynəlxalq zəhmətkeşlər günü –red.) öncəsi fürsətə çevirmək istəyən marginal təşkilatlara qarşı gücləndirilmiş iş rejiminə keçib. Gücləndirilmiş iş rejimi mayın 1-nə kimi davam edəcək.

Referendumdan sonra “hayır”cıları (Konstitusiya dəyişikliklərinə qarşı çıxanlar –red.) sosial şəbəkələrdən küçələrə çağıran, təxribat hazırlamaqla şübhəli bilinən 40 nəfər saxlanılıb. Onların arasında Azadlıq və Həmrəylik Partiyasının (ÖDP) rəhbəri Məsud Geçgel də var.

Xatırladaq ki, Ankara bələdiyyəsinin sədri Melih Gökçek iki gün əvvəl Sorosun Türkiyədə olduğunu bildirib. Bələdiyyə sədri Sorosun Türkiyəyə gəlməsinin təsadüf olmadığını deyib. Onun sözlərinə görə, yeni Gəzi hadisələrinin təşkil edilə biləcəyi ehtimalı mövcuddur.

İngiltərənin “The Guardian” nəşri isə vətəndaşları açıq şəkildə təxribatçı hərəkətlərə çağırıb. Nəşr daha əvvəllər olduğu kimi vətəndaş cəmiyyətinin yenidən müqavimət hərəkatına başlamalı olduğunu yazıb.“The Guardian” vətəndaş cəmiyyətinin Gəzi Parkı hadisələrində olduğu kimi nümayişlərə yenidən başlaya biləcəyini və onların Avropanın dəstəyinə layiq olduğunu qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm