Sarkisyanın sirli "2018" PLANI: bir il sonra nələr BAŞ VERƏCƏK?
Bizi izləyin

Dünya

Sarkisyanın sirli "2018" PLANI: bir il sonra nələr BAŞ VERƏCƏK?

Buna görə də 2018-ci ildə...

Ermənistan prezidenti Serj Sarkisyan “Sarukyan” blokunun lideri Qaqik Sarukyanla görüşüb.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb. Qəzet qeyd edir ki, hazırda əsas sual Sarkisyanın Sarukyanla koalisiya qurub-qurmayacağıdır. Məlumata görə, görüşdə əməkdaşlıq və koalisiya məsələləri müzakirə olunub.

“Sarukyan Karen Karapetyan hökumətinin bir hissəsi olmaq istəmir. Buna görə də 2018-ci ildə Sarkisyan öz planlarının dəqiqləşdirənə qədər parlamentdə müxalif fraksiya olaraq fəaliyyətini davam etdirəcək”, - deyə qəzet qeyd edib.

Lakin qəzet əlavə edib ki, Sarkisyanın planları sirli olaraq qalır. Xüsusilə 2018-ci ildə prezident səlahiyyətlərini başa vurandan sonra onun hansı addımlar atacağı maraqlıdır. Hələlik Sarkisyan bununla bağlı suallara “dəqiqləşdirirəm” cavabını verir. Onun nəyi, yaxud kiminlə dəqiqləşdirmə apardığı da məlum deyil.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm