Rusiyanı ikiyə bölən qanun layihəsi: Lenini basdıraq, ya yox?
Bizi izləyin

Dünya

Rusiyanı ikiyə bölən qanun layihəsi: Lenini basdıraq, ya yox?

Züqanov Leninin basdırılması haqqında qanun layihəsini Rusiyanın dövlət quruluşuna qarşı ən böyük təxribat adlandırıb.

“Rusiya Təhlükəsizlik Şurası çətin ki, Vladimir Leninin bədəninin basdırılması haqqında Kommunist Partiyasının rəhbəri Gennadi Züqanovun məktubuna baxacaq”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı, Dövlət Dumasının sabiq spikeri Sergey Narışkin deyib.

“Düşünürəm ki, diqqətlə düşünmək lazımdır. Cəmiyyətimizin bu və ya digər hissələrinin reaksiyasını qiymətləndirmək lazımdır”, - o qeyd edib.

Qeyd edək ki, dünən “Vahid Rusiya” və Liberal Demokrat Partiyasının nümayəndələri Rusiya Dövlət Dumasına keçmiş SSRİ-nin banizi Vladimir Leninin bədəninin basdırılması üçün hüquq mexanizmini nəzərdə tutan qanun layihəsini daxil ediblər. Ancaq daha sonra “Vahid Rusiya”dan olan deputatlar öz imzalarını bolşevik liderinin dəfni haqqında qanun layihəsinin altından geri çağırıblar.

Bundan sonra Gennadi Züqanov Leninin basdırılması haqqında qanun layihəsini Rusiyanın dövlət quruluşuna qarşı ən böyük təxribat adlandırıb.

Amma “Superjob” tədqiqat mərkəzinin keçirdiyi sorğu Rusiya vətəndaşlarının 81 faizinin Leninin bədəninin dəfn edilməsini dəstəklədiyini ortaya çıxarıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm