Türkiyədə növbəti PARTLAYIŞ - - VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə növbəti PARTLAYIŞ - - VİDEO

Avtomobil bomba ilə yüklü olub.

Türkiyənin Şanlıurfa vilayətinin Suruç mahalında Akçakale yolunun birinci kilometrliyində yerləşən qəbiristanlığın yaxınlığında bir avtomobildə partlayış baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində qadın terrorçu ölüb.

Məlumata görə, avtomobil bomba ilə yüklü olub. Terror aktı həyata keçirməyi planlaşdıran terrorçu avtomobili təmir etməyə çalışarkən partlayış baş verib.

Terrorçunun hədəfində 23 Aprel (uşaq bayramı) və 1 May (beynəlxalq zəhmətkeşlər günü) mərasimləri, həmçinin referendumun nəticələrinə qarşı keçirilən etirazlar olub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm