13 yaşlı oğlan “rus ruletkası”nın qurbanı oldu
Bizi izləyin

Dünya

13 yaşlı oğlan “rus ruletkası”nın qurbanı oldu

Aprelin 20-da yerli sakinlər parkda atəş səsini eşidiblər.

ABŞ-ın Texas ştatında 13 yaşlı yeniyetmə Xuan Borxa “rus ruletkası” oyunu zamanı həlak olub.

Publika.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın “Daily Mail” nəşri bildirib.

Polis Friporta şəhər parkında yeniyetmənin həlak olması haqqında iş üzrə araşdırmaya başlayıb. Britaniya nəşrinin yazdığına görə, aprelin 20-da yerli sakinlər parkda atəş səsini eşidiblər. Çağırışa gələn polislər parkda yaralı uşağı aşkar ediblər. Xəstəxanaya aparılan yeniyetmə yolda həyatını itirib. Daha sonra onun silahla oyun zamanı ölümcül yaralandığı məlum olub.

Tezliklə polislər şübhəlini saxlamağı bacarıb. Bu, ölən yeniyetmənin 14 yaşlı dostu olub. O bildirib ki, yerli məktəbin həlak olmuş şagirdi parka tapança gətirib. Onlar “rus ruletkası” oynamağa qərar veriblər. Amma özü atmamağa qərar verib və tapançanı Xuana verib. Güllə Xuanın sinəsinə dəyib.

Polis bildirib ki, yeniyetmə etdiyi hərəkətə görə peşmandır və öz günahını tamamilə etiraf edir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm