Venesuelada kütləvi qarət: 10 nəfər öldürüldü
Bizi izləyin

Dünya

Venesuelada kütləvi qarət: 10 nəfər öldürüldü

8 nəfəri elektrik cərəyanı vurdu.

Venesuelanın paytaxtı Karakasın Parrokiya-del-Valye rayonunda gecə ərzində keçirilmiş etiraz aksiyalarından sonra baş vermiş qarətlər zamanı 10 nəfər həlak olub.

Publika.az xəbər verir ki, soyğunçular çörəkçixananı qarət etmək istəyərkən səkkiz nəfər elektrik cərəyanının vurması nəticəsində ölüb. Daha iki nəfər, o cümlədən ticarət köşkünün sahibi qarətçilərə müqavimət göstərən zaman güllələnib.

Qeyd edək ki, ilkin məlumatda cümə gününə keçən gecə başlayan kütləvi etiraz aksiyalarından sonra Karakas şəhərində soyğunçuluq nəticəsində beş nəfərdən çox adamın yaralanması barədə xəbər verilirdi.

Yerli KİV-in məlumatına görə, cümə axşamı insanlar Parrokiya-del-Valye rayonunda rayonunda ticarət obyektlərini talan enməyə başlayıblar.

Təhlükəsizlik qüvvələri qarətçiləri təqib edib. Oğruların polisə atəş açması nəticəsində atışma başlayıb. Kütləvi qarətlərdə 200 nəfərə qədər soyğunçu iştirak edib. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm