İŞİD-in “paytaxtı” dəyişdi
Bizi izləyin

Dünya

İŞİD-in “paytaxtı” dəyişdi

İŞİD terror qruplaşması “paytaxt”ını dəyişib.

İŞİD terror qruplaşması “paytaxt”ını dəyişib.

Publika.az gazeta.ru-ya istinadən xəbər verir ki, paytaxt Raqqadan Deyr əz-Zora köçürülüb. Bu barədə ABŞ Müdafiə Nazirliyindəki mənbə deyib. Onun sözlərinə görə, buna səbəb Vaşinqtonun dəstəklədiyi silahlı dəstələrin Raqqaya hücumlarının və şəhərə endirilən hava zərbələrinin artmasıdır. Amerikalı hərbçilər pilotsuz uçuş aparatlarının köməkliyi ilə müşahidə ediblər ki, son iki ay ərzində Raqqanı İŞİD-in yüzlərlə “bürokratı” tərk edib. Onlar Deyr əz-Zorun cənubunda Fərat çayı sahilində yerləşən Meyadin şəhərinə yollanıblar.

Qeyd edək ki, Suriyanın şimalında yerləşən Raqqa şəhəri 2014-cü ildə İŞİD silahlıları tərəfindən tutulub və qruplaşmanın qeyri-rəsmi paytaxtı hesab olunur. Deyr əz-Zor ölkənin şimal-şərqində, Raqqadan 130 kilometr aralıda yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm