Dünya
Gürcüstanın konstitusiyasına dəyişikliklər layihəsi təsdiq edildi
Gürcüstanın dövlət konstitusiya komissiyası yekun iclasında səs çoxluğu ilə ölkənin Əsas qanununa dəyişikliklər layihəsini təsdiq edib.
Trend-in məlumatına görə, lahiyə son dörd ay ərzində ətraflı
müzakirə edilib və işçi qruplar tərəfindən redaktə edilib.
Konstitusiya dəyişikliklərinin layihəsini komissiyanın 43 üzvü
dəstəkləyib, 8 nəfər əleyhinə olub.
Konstitusiya komissiyasının rəhbəri İrakli Kobaxidzenin sözlərinə
görə, konstitusiyaya edilən düzəliş və dəqiqləşdirmələrin məqsədi
prezident səlahiyyətləri və icra hakimiyyəti arasında dəqiq
sərhədlərin çəkilməsidir.
Yeniləşən konstitusiya layihəsində fundamental dəyişikliklərdən
biri parlament seçkiləri üçün qarışıq proporsional-majoritar
sistemdən proporsional sistemə keçiddir.
Digər dəyişiklik, prezidentin seçilməsi qaydasına aiddir. Bununla
prezident birbaşa səsvermə yolu ilə deyil, parlament tərəfindən
seçilir.
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı