Narkomafiya başçısının qətli iğtişaşlara səbəb oldu
Bizi izləyin

Dünya

Narkomafiya başçısının qətli iğtişaşlara səbəb oldu

Şəhərdə iğtişaşlar zamanı onlarla avtobus və minik avtomobilləri, ticarət obyektləri, bir neçə bina yandırılıb.

Meksikanın Tamaulipas ştatının Reynosa şəhərində “Körfəz” narkomafiyasının başçısı Xulian Loysa Salinasın qətlindən sonra kütləvi iğtişaşlar başlayıb.

Publika.az xəbər verir ki, “Komandante Öküz” ləqəbli narkomafiya başçısı Xulian Loysa Salinas ötən gün səhər saatlarında Reynosa şəhərində hərbçilər tərəfindən öldürülüb.

Salinas Tamaulipasda axtarışda olan ən təhlükəli cinayətkarlardan biri hesab edilib.

Şəhərdə iğtişaşlar zamanı onlarla avtobus və minik avtomobilləri, ticarət obyektləri, bir neçə bina yandırılıb, yollarda hərəkət bloklanıb. DİN vətəndaşları bir müddət Reynosa şəhərinə səfər etməməyə çağırıb.

ABŞ-la həmsərhəd Tamaulipas ştatında narkotik vasitələrinin tədarük marşrutlarının nəzarətə alınması uğrunda ölkənin ən iri “Los Setas” və “Körfəz” narkomafiyaları arasında mütəmadi olaraq şiddətli qarşıdurmalar baş verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm