ABŞ-da 35 yaşlı erməni övladını oğurlamaqda şübhəli bilinərək həbs edildi
Bizi izləyin

Dünya

ABŞ-da 35 yaşlı erməni övladını oğurlamaqda şübhəli bilinərək həbs edildi

Hazırda polis təlim görmüş itlərlə Arroyo qoruğu ərazisində azyaşlını axtarır.

ABŞ-ın Kaliforniya ştatının Pasadin şəhərinin polisi 5 yaşlı erməni əsilli uşağı axtarır.

Publika.az xəbər verir ki, yaxınları 5 yaşlı Aramazd Andreasyanla sonuncu dəfə çərşənbə axşamı "Skype" vasitəsilə danışıblar. Uşağın anası onun itməsi barədə polisə şənbə günü – atası azyaşlını evə qaytarmadıqda məlumat verib.

Cənubi Pasasinin sakini Aramazd Andreasyan (ata) Arroyo qoruğunda huşsuz vəziyyətdə, şəxsi avtomobilinin yanında tapılıb. Lakin azyaşlı atasının yanında tapılmayıb. 35 yaşlı erməni uşağını oğurlamaqda şübhəli bilinərək həbs edilib.

Hazırda polis təlim görmüş itlərlə Arroyo qoruğu ərazisində azyaşlını axtarır. Qeyd edilir ki, 5 yaşlı Aramazdın valideynləri 1 il əvvəl boşanıblar. Onlar övladlarına növbəlilik əsasında baxıblar. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm