Rusiyada zəlzələ oldu
Bizi izləyin

Dünya

Rusiyada zəlzələ oldu

Yeraltı təkanlar hiss edilməyib.

Rusiyanın Saxalin adasının cənub-qərbində, Tatar boğazında 4,7 ballıq zəlzələ və bir neçə yeraltı təkan baş verib.

"Report"un məlumatına görə, bu barədə "İnterfax" agentliyi seysmoloji stansiyaya istinadən xəbər verib.

Seysmoloji stansiyanın rəisi Yelena Semenova agentliyə açıqlamasında bildirib ki, artıq 3 və daha aşağı amplitudaya malik 14 yeraltı təkan qeydə alınıb. Onun sözlərinə görə, yeraltı təkanlar hiss edilməsə də, yüksək həssaslığa malik aparatlar vasitəsilə qeydə alınıb.

Hazırda seysmoloji stansiya daxil olan məlumatı və həmin ərazidə cari vəziyyətin monitorinqini həyata keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm