"Quş qripi" TƏHLÜKƏSİ: 34 yaşlı kişi xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Dünya

"Quş qripi" TƏHLÜKƏSİ: 34 yaşlı kişi xəstəxanaya yerləşdirildi

Hazırda yerli xəstəxanalardan birinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu deyilir.

Çinin şimal-şərqində yerləşən Szilin əyalətində region sakinlərindən birində H7N9 virusu aşkarlanıb. Bu, il ərzində yaşanan birinci haldır.

Publika.az xəbər verir ki, virus 34 yaşlı Tunxua şəhər sakinində aşkar edilib. Hazırda yerli xəstəxanalardan birinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu deyilir.

Ümumdünya Səhiyyə Təşkilatının veridyi məlumatına görə, quş qripi xəstə quşlarla təmas zamanı keçə bilən yoluxucu virusdur. Bəzən xəstəlik insan orqanizmində heç bir simptomsuz yayılmağa başlayır.

Xatırladaq ki, ilk dəfə H7N9 virusu Çində 2013-cü ilin mart ayında aşkarlanmışdı. Səhiyyə Nazirliyinin verdiyi statistikaya əsasən, həmin vaxt dekabr-fevral ayları arasında Çin ərazisində H7N9 quş qripindən 160 insan həyatını itirmişdi. 458 insan isə bu qripə yoluxmuşdu. Təkcə mart ayında H7N9 virusundan 47 insan dünyasını dəyişmişdi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm