Barak Obama və Angela Merkelin Ukraynaya girişinə qadağa qoyuldu
Bizi izləyin

Dünya

Barak Obama və Angela Merkelin Ukraynaya girişinə qadağa qoyuldu

Barak Obama və Angela Merkelin Ukraynaya girişinə qadağa qoyuldu

Rusiya tərəfdarlarının bazar günü keçirdiyi “referendum”dan sonra müstəqilliyini elan edən Ukraynanın şərq bölgələri birləşmək qərarına gəlib.

Publika.az – ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, “Donetsk Xalq Respublikası”nın liderlərindən olan Denis Puşilin Donetsk və Luqansk vilayətlərinin birgə hərəkət edəcəyini söyləyib.

“Referendum”da alınan nəticənin onlara böyük səlahiyyət verəcəyini deyən Puşilin “Məqsədimiz bundan sonra müstəqillik və Rusiyaya birləşməkdir” söyləyib.

“Donetsk Xalq Respublikası” qəbul etdiyi bir qərarla Qərb liderlərinə qarşı sanksiyalar tətbiq edilib. Qərara görə, ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, İngiltərə baş naziri David Kameron və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Eştonun bölgəyə girişinə qadağa qoyulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm