SIPRI dünya nəhənglərini açıqladı - Kimlər silaha daha çox xərcləyir?
Bizi izləyin

Dünya

SIPRI dünya nəhənglərini açıqladı - Kimlər silaha daha çox xərcləyir?

ABŞ 2016-cı ildə hərbi xərclər üçün 611 milyard dollar ayırıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünya ölkələrinin 2016-cı ildə hərbi xərcləri üzrə yeni tədqiqatının nəticələrini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, siyahıda birinci yeri əvvəlki ilə görə 1,7 faiz artımla ABŞ tutub.

ABŞ 2016-cı ildə hərbi xərclər üçün 611 milyard dollar ayırıb. İkinci yeri 5,4 faiz atrtımla Çin tutur: 215 milyard dollar. Rusiya hərbi xərclərin miqyasına görə ötən il üçüncü yerə çıxıb. Şimal qonşumuz hərbi xərclərə 87,2 milyard dollar (5,7 faiz artım) ayırıb.

Səudiyyə Ərəbistanı isə 63,7 milyard dollarla dördüncü yerdədir.

Tədqiqatda qeyd edilir ki, hərbi xərclərin artımı Asiyada, Asiya-Sakit okeanı regionu, Şərqi Avropa və Şimali Afrikada davam edir. Mərkəzi Amerika, Karib hövzəsi, Yaxın Şərq, Cənubi Amerika və Afrikada Saxara səhrasından cənubda hərbi xərclər azalıb.

Neft ixrac edən ölkələrinin (Əlcəzair, İran, Küveyt və Norveçdən başqa) hərbi xərclərində azalma müşahidə olunur.

Xüsusi halda, 2016-cı ildə hərbi xərcləri kəskin azaldan 15 ölkədən 13-ü neft ixracatçılarıdır. Ən böyük azalma Venesuela (56 faiz), Cənubi Sudan (54 faiz), İraq (36 faiz) və Səudiyyə Ərəbistanında (30 faiz) qeydə alınıb.

Ümumilikdə, dünyada hərbi xərclər 1,686 trilyon dollar təşkil edib. Bu, əvvəlki illə müqayisədə 0,4 faiz artım deməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm