Putindən YENİ HƏMLƏ: 2015-ci ilin ssenarisi təkrarlanır
Bizi izləyin

Dünya

Putindən YENİ HƏMLƏ: 2015-ci ilin ssenarisi təkrarlanır

​​​​​​​Rusiya quru qoşunlarını Suriya ərazisində yerləşdirməyə hazırdır.

Rusiya quru qoşunlarını Suriya ərazisində yerləşdirməyə hazırdır.

Publika.az xəbər verir ki, bu iddia ilə mənbələrə istinad edərək “Al-Quds Al-Arabi” qəzeti çıxış edib.

Nəşr qeyd edir ki, bu, Suriya prezidenti Bəşər Əsəddən rəsmi sorğu alınacağı halda ediləcək. Xatırladaq ki, Rusiya bu ölkədə 2015-ci ilin sentyabrın sonunda da məhz rəsmi Dəməşqin müraciətindən sonra hava əməliyyatlarına başlayıb. Məlumata görə, Rusiya Müdafiə Nazirliyi regionlarda xüsusi təyinatlı dəstələri göndərə bilər.

Bundan başqa, “Ynetnews” nəşri yazıb ki, İran da Suriyada döyüşlərdə öz iştirakını genişləndirməyə hazırdır. İran ərəb respublikasına quru qoşunları göndərə bilər.

Xatırladaq ki, ötən həftə “RİA-Novosti” agentliyinə müsahibəsində Suriya prezidenti Suriyada quru əməliyyatlarında Rusiya ordusunun köməyinin lazım ola biləcəyini deyib. O qeyd edib ki, Rusiya Hərbi Hava Qüvvələrinin hərəkətləri kifayət qədər effektivdir, amma terrorçuların sayı əhəmiyyətli dərəcədə artacağı halda, Dəməşq quru əməliyyatlarında Rusiyanın hərbi köməyinin lazım ola biləcəyini istisna etmir.

“Ola bilər ki, gələcəkdə bizim düşmənlərimiz və onların tərəfdarları öz strategiyasını dəyişəcəklər və bu, bütün dünyadan terrorçuların ən böyük axınına gətirib çıxaracaq, terrorçuların bütöv orduları olacaq. Bu halda quru güclərinin köməyi lazım ola bilər. Amma hazırda buna ehtiyac yoxdur”, - Suriya lideri qeyd edib.

Əsəd həmçinin İranın göstərdiyi köməyi xatırladıb: “Onlar qoşunlarını göndərmədilər, amma onlar zabitləri və məsləhətçiləri ilə çox əhəmiyyətli rol oynadı”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm