Tramp “Böyük fəlakət” dedi - SON DƏQİQƏ - - VİDEO
Bizi izləyin

Dünya

Tramp “Böyük fəlakət” dedi - SON DƏQİQƏ - - VİDEO

Tramp “soyqırım” ifadəsini işlətməyib.

ABŞ prezidenti Donald Trump Osmanlı dövlətində 1915-ci ildə baş verən hadisələrlə bağlı çıxış edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp “soyqırım” ifadəsini işlətməyib.

O, sələfi Barak Obama kimi böyük fəlakət mənasını verən “Meds Yeghern” ifadəsini işlədib.

Donald Trampın ilk 24 aprel çıxışı olduğu üçün onun 1915-ci il hadisələrini necə qiymətləndirəcəyi maraqla gözlənilirdi. ABŞ Konqresinin Nümayəndələr Palatasının 80-dən çox üzvü prezidentə məktub yazaraq 1915-ci il hadisələrinin “soyqırım” adlandırmasını istəmişdi.

Məktubda keçmiş respublikaçı prezident Ronald Reyqanın 1981-ci ildə “soyqırım” ifadəsini işlətdiyi xatırlanmış, Trampdan da analoji addımın atılması istənilmişdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm