ABŞ-da bir gündə 2 nəfər bu üsulla edam edildi
Bizi izləyin

Dünya

ABŞ-da bir gündə 2 nəfər bu üsulla edam edildi

ABŞ-ın Arkansas əyalətində son 11 gündə 8 edam cəzası çıxarılıb.

ABŞ-ın Arkansas əyalətində eyni gündə 2 nəfər haqqında edam cəzası çıxarılıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, təcavüz və digər cinayətlər işlətmiş Jak Jones və Marsel Villiams bu gün edam ediliblər.

Ümumiyyətlə, ABŞ-ın Arkansas əyalətində son 11 gündə 8 edam cəzası çıxarılıb. Artıq bu qərarlardan 2-si həyata keçirilib. Edamda “Midazolam” adlı dərmandan istifadə olunub.

Xatırladaq ki, Jak Jones 1996-cı ildə Mary Phillips adlı qadını zorlamaqda, 11 yaşlı qızını isə öldürməyə təşəbbüsdə təqsirli bilinirdi.

Macel Villiams isə 1997-ci ildə Stacy Errikson adlı qadını qaçıraraq zorlamaqda və öldürməkdə günahkar bilinərək cəzalandırılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm