“İkinci Qəndil” darmadağın edildi - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

“İkinci Qəndil” darmadağın edildi - - FOTO/VİDEO

Sincar bölgəsində PKK terror təşkilatına qarşı hava əməliyyatı təşkil edilib.

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sincar bölgəsində PKK terror təşkilatına qarşı hava əməliyyatı təşkil edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Baş qərargahdan bildirilib.

Məlumata görə, aprelin 25-də gecə saat 02:00 radələrində həyata keçirilən əməliyyatda terror təşkilatının mövqeləri tam dəqiqliklə məhv edilib.

Qeyd edək ki, Sincar bölgəsi PKK-nın “İkinci Qəndili” adlandırılır. PKK-nın əsas qərargahı hesab olunan Qəndil dağlarının ağır bombardmanlarından sonra terror təşkilatının lider heyəti və döyüşçülərin əsas hissəsi Sincarda cəmlənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm