Olland erməniləri pərt elədi: “Qarabağ...”
Bizi izləyin

Dünya

Olland erməniləri pərt elədi: “Qarabağ...”

Qarabağ münaqişəsinin...

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

Publika.az
“1in.am” saytına istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Olland Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həllinin tapılmasına səy göstərdiyini deyib.

“Bu münaqişə hər il gənc insanların həyatını alır. Son zamanlar, münaqişə daha da kəskinləşdi, sıx hücumlar oldu. Doğrudur, tərəflər artıq 23 ildən çoxdur ki, danışıqlar aparır, lakin həll variantı tapılmayıb, çünki status-kvo qəbuledilməzdir”, - deyə o bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağda mövcud status-kvonun qəbul edilməzliyini bütün beynəlxalq ictimaiyyət qeyd edir. Fransa prezidentinin ermənilərin qarşısında bunu bir daha dilə gətirməsi, xüsusilə bunun qondarma soyqırımı tədbirində deməsi onların ümidlərinin puça çıxması deməkdir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm