Trampdan Avropaya QADAĞA
Bizi izləyin

Dünya

Trampdan Avropaya QADAĞA

Qadağanın səbəbi açıqlanmır.

ABŞ prezidenti Donald Trampın administrasiyası Avropadan uçan təyyarələrdə noutbuklar və digər böyük elektron qurğularının daşınmasını qadağan etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən Böyük Britaniyanın “The Guardian” qəzeti yazıb.

Qadağanın səbəbi açıqlanmır. Qəzetin həmsöhbəti qeyd edib ki, məhdudiyyətlərin Britaniyaya tətbiq edilib-edilməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, mart ayında Vaşinqton ABŞ-a uçan təyyarələrdə mobil telefonlardan böyük elektrik qurğuların təyyarənin göyərtəsində daşınmaması barədə qərar verilib. Müvəqqəti qadağa Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq aeroportlarından ABŞ-a uçacaq təyyarələri əhatə edir.

Elektrik qurğular təyyarənin yük bölməsində daşına bilər. Başqa sözlə, həmin elektrik qurğular söndürülmüş vəziyyətdə çantalara yerləşdiriləcək, hava limanlarında təhlükəsizlik yoxlamalarından keçəcək və təyyarənin yük yerində daşınacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm