“Müharibəyə hazırıq!” - ABŞ-dan SİQNAL
Bizi izləyin

Dünya

“Müharibəyə hazırıq!” - ABŞ-dan SİQNAL

ABŞ Sarı dənizdə Cənubi Koreya ilə birgə hərbi dəniz təlimləri keçirib.

“Aegis” erkən xəbərdarlıq sistemləri ilə təchiz edilmiş ABŞ-ın və Yaponiyanın hərbi gəmiləri Şimali Koreyanın ballistik raketlərinin zərərsizləşdirilməsi üzrə təlimlər keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, birgə təlimlər Yapon dənizində keçirilib.

Təlimlərə Naqasaki hərbi bazasın yapon gəlimləri və Amerika esminesi cəlb edilib. Yaponiyanın “Kiodo” agentliyi bildirir ki, təlimlər nüvə və raket sınaqlarından imtina etmək niyyətində olmayan Pxenyana xəbərdarlıqdır.

Eyni zamanda, ABŞ Sarı dənizdə Cənubi Koreya ilə birgə hərbi dəniz təlimləri keçirib.

Daha əvvəl bildirilib ki, bu gün Cənubi Koreyanın Pusan limanına Amerikanın “Miçiqan” atom sualtı gəmisi (SSGN 727) daxil olub. Bundan başqa, Koreya yarımadasına “Karl Vinson” atom təyyarədaşıyanın başçılıq etdiyi ABŞ hərbi gəmilərinin zərbə qrupu göndərilib. Zərbə qrupuna təyyarədaşıyandan başqa, “Lake Champlain” (CG-57-in) raket kreyseri, “Michael Murphy” (DDG-112) və “Wayne E” esminesləri daxildir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm