Məktəbin həyətində BƏDBƏXT HADİSƏ - Traktor aşdı, uşaqlar altında qaldı
Bizi izləyin

Dünya

Məktəbin həyətində BƏDBƏXT HADİSƏ - Traktor aşdı, uşaqlar altında qaldı

Daha iki nəfər yaralıdır.

Türkiyənin Hatay bölgəsində bədbəxt hadisə baş verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dostlarıyla məktəbin həyətində gəzintiyə çıxan 15 yaşlı Mehmet Haciömeroğlunun idarə etdiyi traktor aşıb.

Qəza nəticəsində Mehmet və yanındakı 15 yaşlı Yasin Ünal həyatını itirib. Daha iki nəfər yaralanıb.

Hadisə məktəbin həyətindəki müşahidə kamerasına düşüb.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm