Şoyqudan XƏBƏRDARLIQ: “ABŞ Rusiya hərbçiləri üçün təhlükə yaradır”
Bizi izləyin

Dünya

Şoyqudan XƏBƏRDARLIQ: “ABŞ Rusiya hərbçiləri üçün təhlükə yaradır”

ABŞ-ın verdiyi məlumata görə, Rusiya hərbçiləri hücumdan əvvəl məlumatlandırılıb.

Suriyanın hökumət aviasiyası tərəfindən istifadə edilən Şayrat aerodromuna ABŞ-ın zərbələri Rusiya hərbi qulluqçuları üçün təhlükə yaratdı.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildib.

Rusiya hərbi idarəsinin başçısı bununla əlaqədar olaraq Suriyada Rusiya qruplaşmasının təhlükəsizliyin təmin olunması üzrə əlavə ölçülərin qəbuluna ehtiyac olduğunu dilə gətirib.

Xatırladaq ki, aprelin 7-də ABŞ prezidenti Donad Trampın əmri ilə ölkənin Hərbi-Hava Qüvvələri İdlib vilayətində yerləşən Şayrat aviabazasına raket zərbələri endirib. Vaşinqton hücumun aprelin 4-də Xan-Şeyxun şəhərində həyata keçirilən kimyəvi silah hücumuna cavab olduğunu açıqlayıb.

ABŞ-ın verdiyi məlumata görə, Rusiya hərbçiləri hücumdan əvvəl məlumatlandırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm