Birinci xanım üçün ÖZƏL GÜN - FOTOLAR
Bizi izləyin

Dünya

Birinci xanım üçün ÖZƏL GÜN - FOTOLAR

ABŞ-n 45-ci prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp bu gün 47 yaşını qeyd edir.

Publika.az xəbər verir ki, Melaniya 1970-ci ildə Sloveniyada doğulub. 16 yaşından modelliyə başlayaraq, tezliklə Fransaya köcüb. 1999-cu ildə Trampla tanış olduqdan sonra ABŞ-da yaşayıb-çalışmağa davam edib. Burada karyerasının zirvəsini yaşayıb. Vogue, Harper’s Bazaar, In Style, New York Magazine, Avenue, Vanity Fair, Glamour, Elle jurnallarının üz qabığı olub. Cütlük 2004-cü ildə evlənib. Ledi Trampın toyundan çox Kristian Diordan olan 200 minlik gəlinliyi günlərlə müzakirə edilib. 2006-cı ildə oğlu Berron dünyaya gəlib. 2017-ci ildən isə ABŞ-ın birinci xanımıdır.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm