ABŞ və Çin arasında müharibə təhlükəsi - XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

ABŞ və Çin arasında müharibə təhlükəsi - XƏBƏRDARLIQ

ABŞ bu riskin qarşısını almaq üçün ciddi işləyəcək.

Koreya Xalq Demokratik Respublikasına (KXDR) görə ABŞ və Çin arasında münaqişə riski var.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Asiya-Sakit okean regionundakı qoşunlarının komandanı admiral Harri Haris deyib.

“Koreya Xalq Demokratik Respublikasına görə, ABŞ və Çin arasında münaqişənin riski mövcuddur. Amma Vaşinqton bunun qarşısını almağa çalışacaq. Bu riskdir. Amma idarəolunan riskdir”, - admiral Nümayəndələr Palatasında dinləmələrdə çıxışında bildirib.

Harris əlavə edib ki, ABŞ bu riskin qarşısını almaq üçün ciddi işləyəcək. Onun sözlərinə görə, ABŞ və Çin liderləri arasında münasibətlər pozitivdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm