Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanıldı
Bizi izləyin

Dünya

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanıldı

Saxlanılan şəxslərin vətəndaşı olduğu ölkələrə təhvil veriləcəyi planlaşdırılır.

Rusiyanın Kalininqrad şəhərində terror qruplaşmasının üzvləri saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti xəbər verib.

Xəbərdə bildirilir ki, "İslam cihadı - mücahidlər camaatı" terror qruplaşmasının 12 üzvü Federal Təhlükəsizlik Xidmətinin Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyasının Kalininqrad vilayəti İdarəsi ilə birlikdə keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. Saxlanılanların Orta Asiya respublikalarından olduğu, onların beynəlxalq terrorçu təşkilatlar üçün üzv toplama fəaliyyəti ilə məşğul olduqları bildirilir.

Terrorçu qrupun rəhbəri Özbəkistan və Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. O, Kalininqrad vilayətinin Mərkəzi Asiyadan olan sakinlərini beynəlxalq terror təşkilatı "İslam cihadı - mücahidlər camaatı"na cəlb edib.

Hazırda adı açıqlanmayan cinayətkar beynəlxalq terrorçu təşkilatların fəaliyyətində öz yaxınlarının iştirakı barədə ifadələr verir. Saxlanılan şəxslərin vətəndaşı olduğu ölkələrə təhvil veriləcəyi planlaşdırılır. Onlar öz ölkələrində terrorçuluğa görə məhkəmə qarşısında çıxarılacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm