AHİM-dən Türkiyəyə daha bir cəza
Bizi izləyin

Dünya

AHİM-dən Türkiyəyə daha bir cəza

Kənan Güngörün müraciətinə görə Türkiyə 10 min 100 avro təzminat ödəməyə məhkum edilib.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2005-ci ildəki bir müraciətə görə Türkiyənin Avropa İnsan Hüquqları Müqaviləsinin 5-ci maddəsini (azadlıq və təhlükəsizlik hüququnun pozulması – red) pozduğuna dair hökm çıxarıb. Hökmə görə Türkiyə, müraciət edən şəxsə məhkəmə xərcləri də daxil olmaqla 10 min 100 avro maddi təzminat ödəyəcək.

1994-cü ildə Türkiyədə qanunsuz təşkilata üzv olmaqla ittiham olunan Kənan Güngör yaxalandıqdan sonra uzun müddət həbsdə qaldığı üçün AİHM-nə müraciət etmişdi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm