“Mehmetcik”in son bombardmanlarının pərdəarxası: ABŞ-ın BÖYÜK PLANINA ZƏRBƏ - - VİDEO
Bizi izləyin

Dünya

“Mehmetcik”in son bombardmanlarının pərdəarxası: ABŞ-ın BÖYÜK PLANINA ZƏRBƏ - - VİDEO

Türkiyәnin döyüş tәyyarәlәri aprelin 25-də Suriyanın Karaçok vә İraqın Sincar bölgәsindәki PKK mövqelərini bombalamaqla ABŞ-ın böyük oyununu pozub.

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, Ankara əməliyyatla ABŞ-ın Sincar ve Karaçok bölgələrini birləşdirərək İraq-Suriya arasındaki sərhədi aradan götürmək planına əngəl olub.

Türkiyə ordusunun ilk dəfə vurduğu Sincar İraqın şimalında - Türkiyə sərhədlərinə yaxın ərazidə yerləşir və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Çünki Sincarı “İkinci Qəndil”ə çevirməyə çalışan PKK terror təşkilatı buranı Suriyada PYD-nin nəzarət etdiyi kantonlarla birləşdirməyə çalışır. Buna görə də əməliyyata uzun müddətdir ki, hazırlıq görülürdü.

Türkiyə qırıcıları Karaçok və Sincar bölgələrini bombalayaraq terror təşkilatının kommunikasiya müəssisələrini və 70-dən çox döyüşçüsünü məhv edib. Əməliyyatdan dərhal sonra amerikalı komandirlər bombardman edilən ərazilərə gediblər. Daha sonra isə ABŞ-dan “narahatıq” açıqlaması gəldi.

ABŞ-da və bölgədə olan təhlükəsizlik mənbələri Vaşinqtonun hiyləgər planı barədə danışıqlar aparırlar. Plana görə, ABŞ-ın psixoloji hərəkat mərkəzləri PKK-nın Türkiyədə silahı yerə qoymasının qarşılığında Türkiyənin Sincara müdaxilə etməməyi qəbul etdiyinə dair təbliğata başlayıb. Bu təbliğat isə PKK və PYD-ni cəsarətləndirib. Eyni mərkəzlər Şimali İraq kürd regional rəhbərliyinin başçısı Məsud Bərzaninin “sərhədlərin götürülməsi” razılaşmasını qəbul etdiyi barədə informasiya yaydı. Kantonların birləşdirilmə adı altında Kürdüstan Demokratik Partiyasına (KDP) edildiyi iddia olunan təklif isə bu şəkildədir: Şimali İraq “Kürdüstanı” ilə Suriyanın şimalında olan PKK/PYD kantonlarının birləşdililməsi və rəhbərliyin əsas hissəsinin Bərzaniyə verilməsi.

Amma Ankara ABŞ-ın bu planına aprelin 25-də keçirdiyi hava əməliyyatı ilə əngəl oldu. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah başçısı Hulisi Akar isə jurnalistlərə açıqlamasında təhdidin davam etdiyi müddətdə əməliyyatların da davam edəcəyini söyləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə terrorla mübarizənin həm ölkə daxilində, həm də xaricində son terrorçu məhv edilənə kimi davam edəcəyini bildirib:

“Şimali Suriya və Şimali İraqda əməliyyatlar davam edəcək. Məsələn, Sincar bölgəsi bizim üçün ikinci Qəndildir. Biz ikinci Qəndilin yaranmasına imkan verməyəcəyik, çünki Sincarda təxminən 2 minə yaxın PKK terrorçusu var”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm