Tabutdakı general Qafqaz fatehi imiş - YENİ MƏLUMATLAR - - FOTOLAR
Bizi izləyin

Dünya

Tabutdakı general Qafqaz fatehi imiş - YENİ MƏLUMATLAR - - FOTOLAR

Meyitin rus general-mayor Vasili Geymana (1823-1878) aid ola biləcəyi ehtimal olunur.

Ötən gün Türkiyənin Ərdahan şəhərinin Karagöl məhəlləsində binanın təməlini qazarkən tapılan, üzərində xaç işarəsi olan tabutun içərisindəki generalın kimliyi bəlli olub.

Publika.az xəbər verir ki, meyitin rus general-mayor Vasili Geymana (1823-1878) aid ola biləcəyi ehtimal olunur.

Rusiyanın tarixi mənbələri əsasında aparılan araşdırmalarda Geymanın 1878-ci il aprelin 13-də Qarsda vəba xəstəliyindən həyatını itirdiyi qeyd olunub.

General-mayorun Qafqazda hərbi əməliyyatlara qatıldığı, Rusiya tarixində "Qafqaz fatehi" kimi tanındığı məlum olub.

1877-1878-ci ildə Rus-Türk müharibəsində general kimi iştirak edib. Ərdahan qalasının alınmasında göstərdiyi qəhrəmanlıqlara görə Çar hakimiyyəti tərəfindən qızıl və brilyant qılınc, çoxsaylı medallarla təltif olunub.

Rusiyanın tarixi məlumatlarında general-mayorun cəsədinin harada dəfn olunduğu barədə məlumat yoxdur. Bu günə qədər sadəcə yerli saytlardan birində Geyman ailəsi haqqında yazılan məlumatlarda general-mayor Vasili Geymanın Qarsda 1878-ci ildə torpağa verildiyi yazılır.

Rusiyanın Şimali Qafqaz bölgəsində generalın adına kənd və bir dağ var. Kuban bölgəsində yerləşən Geymanovskaya Kazak kəndi və Tuapse rayonunda yerləşən Geyman dağı.

General-mayorun qardaşı oğlu Aleksandr Geymanın da rus ordusunda general-mayor rütbəsində xidmət etdiyi bilinir. Nəvəsi Vasili Geyman isə tanınmış tarixçi olub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm