Rusiyaya müharibə ELANI... - Moskvanın MÜHARİBƏ SSENARİLƏR
Bizi izləyin

Dünya

Rusiyaya müharibə ELANI... - Moskvanın MÜHARİBƏ SSENARİLƏR

"Bu Rusiyaya müharibə elanı anlamına gələcək”.

“Rusiya cəbhə boyu Ukraynaya genişmiqyaslı hücum etməyəcək. Amma Kiyevi hərbi vəziyyətin tətbiqinə təhrik edə bilər. Bu isə Rusiyaya müharibə elanı anlamına gələcək”.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin sabiq müavini Yevgeni Marçuk müdafiə və təhlükəsizlik üzrə II Ukrayna forumunda deyib.

Donbas böhranı üzrə Üçtərəfli əlaqə qrupunun təhlükəsizlik üzrə yarımqrupunda Ukraynanın nümayəndəsi olan Marçukun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhəddə ciddi hərbi strukturları cəmləyib.

“Rusiya genişmiqyaslı hücuma keçməyə bilər. Amma Kiyevi hərbi vəziyyətin tətbiqinə təhrik edə bilər. Rusiya üçün bu gün əsas məsələ Krıma quru dəhlizi açmaqdır. Bunun üçün isə Mariupol alınmalıdır. Rusiya bunu planlaşdırırdı və gizlətmirdi. Turçinov (Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov-red.) da bunu deyib və hərbiçilər də yaxşı bilirlər ki, Rusiya bizimlə sərhəddə ciddi hərbi strukturları cəmləşdirib”, - o deyib.

Marçuk qeyd edib ki, Rusiya Ukrayna sərhədində hərbi hospitallar yerləşdirib: “Ukrayna ilə sərhəddə üç səhra hospitalı yerləşdirilib. Hərbi mütəxəssislərə aydındır ki, onlar çoxlu yaralının olduğunu nəzərdə tuturlar”.

Müdafiə nazirinin sabiq müavini Rusiya tərəfindən Mariupol və Nerson istiqamətində hərbi xarakterli kiçik hərəkətlərin edilməsini mümkün sayır. Onun sözlərinə görə, məqsəd Xarkovdan Nerson və Nikolayevə qədər hərbi vəziyyət tətbiqinə Ukraynanın siyasi rəhbərliyini təhrik etməkdir.

O bildirib ki, hərbi vəziyyətin tətbiqi Ukraynadan təcavüzkar ölkənin göstərilməsini tələb edir:

“Zaxarçenko və ya Plotnitski təcavüzkar deyil. Hərbi vəziyyət tətbiq edilərsə, bu Ukraynanın Rusiyaya qarşı müharibə elanı anlamına gələcək”.

Marçuk daha əvvəl bildirib ki, Donbas bölgəsindəki mövcud vəziyyət Rusiyanın burada “sürünən işğal”a başlaya biləcəyini göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm