Qadın siyasətçi Kim Çen Inı qəzəbləndirdi: “Ağılını itirmiş qoca...”
Bizi izləyin

Dünya

Qadın siyasətçi Kim Çen Inı qəzəbləndirdi: “Ağılını itirmiş qoca...”

Kim Çen Inın rəhbərlik etdiyi Şimali Koreya hökuməti çağırışlara açıq təhqirlə cavab verib.

Cənubi Koreya Respublikasının keçmiş prezidenti Park Geun-hye Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) əhalisinə müraciət edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, eks-prezident müraciətində Şimali Koreya xalqını yaşadıqları zülmlərdən və qeyri-azad şəraitdən xilas olmaq üçün Kim Çen Ina qarşı ayağa qalxmağa çağırıb.

Daha sonra müraciətdə deyilir ki, Şimali Koreya əhalisi zülmdən və əsarətdən xilas olub Cənubi Koreyaya sığına və burada azad və rahat həyat yaşaya bilər.

Kim Çen Inın rəhbərlik etdiyi Şimali Koreya hökuməti isə bu çağırışlara açıq təhqirlə cavab verib.

Şimali Koreyanın rəsmi “Rodong Sinmun” qəzetində dərc olunan məqalədə deyilir:

“Park Geun-hye ağılını itirmiş yaşlı sürtükdür. O, cinayətkar və şeytan qadındır. Dahi lider Kim Çen Ina qarşı aparılan bu cür qarayaxma kampaniyası çox böyük ağılsızlıqdır. Park Geun-hye açıq şəkildə insanlarımızı dövlətə qarşı çıxartmağa səsləyir. Bu cür utanmaz və arsız sürtük dünyanın heç bir yerində mövcud deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm