İtkin düşən alpinist 47 gün sonra tapıldı - 30 kilo arıqlayıb - VİDEO
Bizi izləyin

Dünya

İtkin düşən alpinist 47 gün sonra tapıldı - 30 kilo arıqlayıb - VİDEO

Lianqın yanındakı 19 yaşlı sevgilisi Liu Chen Chun isə üç gün əvvəl həyatını itirib.

Himalay dağlarında itkin düşən turist cütlükdən 21 yaşlı tayvanlı həvəskar alpinist 47 gün sonra tapıldı.

Xilasetmə briqadaları Liang Sheng Yuehi təxminən 2600 metr hündürlükdə yerləşən bir dərədə tapıblar.

Publika.az xəbər verir ki, Lianqın yanındakı 19 yaşlı sevgilisi Liu Chen Chun isə üç gün əvvəl həyatını itirib.

Liang hazırda Nepalın Katmandu şəhərində Grandee Beynəlxalq Xəstəxanasında müalicə alır. Həkimlər həyati təhlükəsinin olmadığını deyib.

Su içib, duz yeyərək həyatda qaldığını deyən Liang 47 gündə 30 kilo çəki itirib.


Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm