Dünya
Referendumun nəticələri təsdiqləndi
Türkiyə Ali Seçki Şurası (ASŞ) konstitusiyaya dəyişikliklərin edilməsinə dair aprelin 16-da keçirilmiş referendumun nəticələrini təsdiqləyib.
Publika.az xəbər verir ki, ASŞ rəhbəri Sədi Güvən seçicilərin 51,41 faizinin prezident idarəetmə sisteminə keçidi dəstəklədiyini bəyan edib.
“Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi “lehinə”, 48,59 faizi isə “əleyhinə” səs verib”, - deyə Güvən Ankarada jurnalistlərə bildirib.
Qeyd edək ki, referendumla Konstitusiyanın 18 maddəsinə dəyişiklik olunub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?