Makedoniyada ARA QARIŞDI - Etirazçılar müxalifət liderini döydü (YENİLƏNDİ) - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Makedoniyada ARA QARIŞDI - Etirazçılar müxalifət liderini döydü (YENİLƏNDİ) - - FOTO/VİDEO

Etirazçılar polis səddini yararaq parlament binasına daxil olublar.

“Vahid Makedoniya uğrunda” hərəkatın üzvləri Makedoniya parlamentinə basqın edərək müxalifət lideri Zoran Zayevə və onun rəhbərlik etdiyi Sosial-Demokratik İttifaqı (SDİ) təmsil edən bir neçə deputata xəsarətlər yetiriblər.

APA-nın verdiyi xəbərə görə, insident ötən axşam etnik alban Tələt Cəfərinin parlament spikeri vəzifəsinə təsdiq edilməsindən sonra baş verib. Alban milli azlığı təmsil edən partiyanın rəhbəri Tələt Cəfəri səsvermənin nəticələrinə əsasən Makedoniya parlamentinin sədri seçilib. Parlamentin 120 üzvündən 62-si onun namizədliyini dəstəkləyib.

Səsvermənin nəticələri elan edildikdən sonra parlament qarşısında piket keçirən “Vahid Makedoniya uğrunda” hərəkatın fəalları binaya daxil olaraq Sosial-Demokratik İttifaqından seçilən deputatlara hücum ediblər.

Bundan əvvəl Zoran Zayev ölkə prezidenti George İvanova parlamentdəki 120 deputatdan 67-nin imzasını təqdim edərək, yeni nazirlər kabinetinin formalaşdırılması üçün ona müvafiq mandatın verilməsini xahiş edib.

Prezident G.İvanov dünya liderlərinə ünvanladığı açıq məktubda bildirib ki, onun məlumatına görə, SDİ-nin platformasının icrası ölkə konstitusiyasının dəyişdirilməsini nəzərdə tutur. Prezident qeyd edib ki, istisna olaraq alban milli azlığın maraqlarına cavab verən bu dəyişikliklər, dövlətin unitarlığını və suverenliyini təhlükə altına salır. G.İvanov bu səbəbdən Zayevə mandat verməkdən imtina edib.

Qeyd edək ki, insidentdən baş verdikdən sonra Makedoniya DİN-nin xüsusi təyinatlı dəstəsi “Vahid Makedoniya uğrunda” hərəkatın fəalları tərəfindən parlament binasında saxlanılan deputatları azad etmək üçün xüsusi əməliyyat keçirib.

“Vahid Makedoniya uğrunda” hərəkat ölkənin onlarla şəhərlərində alban platforması əleyhinə etiraz aksiyaları keçirir.

***

Makedoniyada etirazçılar polis səddini yararaq parlament binasına daxil olublar.

Publika.az xəbər verir ki, etirazlara parlamentin spikeri vəzifəsinə alban Talat Haferin spiker seçilməsi səbəb olub.

Bir müddətdən sonra xüsusi təyinatlılar kütləni dağıdıb və binanı azad edib.

Makedoniyada siyasi böhran 2016-cı il seçkilərindən sonra başlayıb. Həmin vaxt keçmiş baş nazir Nikolay Qruyevskinin mühafizəkar partiyası qalib olsa da, hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Yekunda sosial-demokratlar və etnik albanları təmsil edən iki partiyanın iştirakı ilə koalisiya yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm