Tillerson: "İran ABŞ üçün ciddi təhlükədir"
Bizi izləyin

Dünya

Tillerson: "İran ABŞ üçün ciddi təhlükədir"

"ABŞ İranı terrorizmin sponsoru hesab edir".

ABŞ-ın dövlət katibi Reks Tillerson İranı ABŞ, həmçinin regionun sabitliyi üçün ciddi təhlükə hesab edir.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, İran İslam Respublikasını terrorizmin sponsoru adlandırıb.

"İran hazırda ABŞ və regionun stabilliyi üçün ciddi təhlükədir", - deyə Tillerson bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı olan bütün kompleks iradlarını nəzərə almaq lazımdır, nəinki nüvə sövdələşməsini. O, xatırladıb ki, ABŞ İranı terrorizmin sponsoru hesab edir və ballistik raketlərin istehsalı proqramı üzrə proqram da daxil olmaqla digər sanksiyalar tətbiq etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm